Data AnalysisPower BIPython
Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani, English, Russian
Навыки и технологии
О роли
Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır; Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır; Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir; Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir; Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır. Xüsusi tələblər “İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 2 ildən az olmayaraq iş təcrübəsi; Yaş həddi 22-40 aralığı; Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır; Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır; Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı; Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti; Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır; ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır Müraciət etmək üçün: [email protected]
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Data AnalysisPythonR
Data AnalysisData VisualizationPower BI
Data AnalysisMarket ResearchOracle SQL


