AccountingFinancial Reporting1C 8.3
Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
25 июня 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
25 июля 2026
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
- Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi;
- Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması
- Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması;
- İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi;
- Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.
Namizədə tələblər:
- Yaş 28+
- Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
- Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
- Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
- Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
- Müvafiq sahədə ən azı 2 il davamlı iş təcrübəsi.
- Tikinti müəssisəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Üstünlüklər:
- ACCA üzrə ilkin biliklərin olması;
- PMS sertifikatı olması üstünlükdür
- İngilis və ya rus dili bilikləri;
- Excel bilikləri
İş şəraiti
- İş qrafiki: 5 gün
- Əməkhaqqı: Bilik və bacarıqlara əsasən müsahibə zamanı dəqiqləşdiriləcəkdir.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Главный бухгалтер
ГорячаяAccounting1C SystemAudit Support
AccountingAzerbaijani Accounting StandardsAccounts Payable
Accounting1C accounting softwareBank Reconciliation
