Навыки и технологии
О роли
Vəzifənin xülasəsi:
- Aparıcı Mühasib olaraq siz mühasibat uçotunun düzgün, tam və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasına, gündəlik mühasibat əməliyyatlarının idarə olunmasına, maliyyə və qanunvericiliklə tələb olunan hesabatların hazırlanmasına, eləcə də audit və tənzimləyici hesabatlılıq proseslərinə dəstək göstərilməsinə cavabdeh olacaqsınız. Siz maliyyə rəhbərliyi və digər komandalarla sıx əməkdaşlıq edərək mühasibatlıq proseslərinin təkmilləşdirilməsinə və etibarlı maliyyə məlumatlarının vaxtında təqdim edilməsinə töhfə verəcəksiniz.
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
- Gündəlik maliyyə əməliyyatlarının mühasibat proqramında vaxtında əks etdirilməsinə nəzarət etmək;
- Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərini hesablamaq;
- Aylıq, rüblük və illik vergi, statistika və digər dövlət hesabatlarını hazırlamaq və təqdim etmək;
- Maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlamaq;
- Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq;
- Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
- Audit yoxlamaları zamanı tələb olunan sənədləri hazırlamaq və auditorlarla əməkdaşlıq etmək;
- Baş mühasibə və maliyyə rəhbərliyinə hesabatlar təqdim etmək;
- Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- 1C sistemləri və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Dövlət qurumlarında və ya dövlət iştiraklı müəssisələrdə iş təcrübəsi arzuolunandır;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- PMS sertifikatı və ya IFRS üzrə biliklər üstünlük hesab olunur.
Təklif etdiyimiz üstünlüklər:
SABAH.HUB komandasının üzvü olaraq aşağıdakı üstünlüklərdən yararlana bilərsiniz:
- Bazar standartlarına uyğun rəqabətli əməkhaqqı;
- Tibbi sığorta və Push30 abunəliyi paketi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları təqdim edən əməkdaş dəstək proqramları;
- Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu fəaliyyətləri və könüllülük imkanları.
Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə
Potensial işəgötürəniniz kimi bizi nəzərdən keçirdiyiniz üçün təşəkkür edirik. Müraciətinizi nəzərdən keçirməyi səbirsizliklə gözləyirik.
О компании
Push30 is a fast-growing wellness tech startup operating across Azerbaijan, Kazakhstan, and Uzbekistan. We are building a digital ecosystem that connects people, companies, and fitness partners into one seamless product. Behind the scenes, we work on complex subscription models, B2B and B2B2C flows, bank and partner integrations, booking systems, and AI-ready infrastructure designed to support scalable, data-driven, and intelligent product features. If you enjoy building meaningful, non-trivial products, this is where you come in.
Все вакансии Push30Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



