Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 000 ₼
Опубликовано
16 июня 2026
Языки
Azerbaijani, Russian

О роли

APARICI MÜHASİB

Regency Consulting and Tax Solutions MMC

Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 5 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstərir. Belə ki, mühasibatlıq sahəsində bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

İş barədə məlumat:

  • ƏDV, Əmlak, Mənfəət, DSMF, Statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;
  • Maliyyə hesabatlarının 1C 8.3 proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsinə nəzarət;
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.
  • Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Tender sənədlərinin hazırlanması (daimi xarakter daşımır)
  • Şirkətin hüquqi sənədlərinə dəyişiklik edilməsi (daimi xarakter daşımır)

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Əmək haqqı -1500-2000 AZN (danışıq əsasında)

Əlavə üstünlüklər:

  • Ayda bir dəfə şirkət hesabına əlavə istirahət günü
  • Ad günü günlərində yarım günlük iş rejimi
  • Əvvəlcədən razılaşdırılmış günlərdə məsafədən (offline) formada işləmək imkanı

Namizəd üçün tələblər:

  • Mühasib vəzifəsində minimum 3 il iş ştajı;
  • Ali təhsil;
  • ACCA FA, PMS sertifikatlarının olması vacibdir;
  • 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı; rus dili biliyi üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 000 ₼
Ведущий бухгалтер
Откликнуться