Ведущий бухгалтер

в Veysəloğlu

Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
2 июля 2026
Языки
Azerbaijani, Russian

О роли

Şəhər

Bakı

Məşğulluq növü

Tam iş günü

Maaş

-

Son müraciət tarixi

31 Jul

Ünvan

Azure Biznes Mərkəzi Müraciət et

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Aparıcı Mühasib Mühəndisi #vakansiyasını elan edir.


Öhdəliklər

- Şirkət üzrə bütün maliyyə və təsərrüfat əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçota alınmasını təmin etmək;
- Vergi bəyannamələrinin, DSMF, Statistika, Məşğulluq hesabatlarının hazırlanması və Elektron Vergi Portalı üzərindən əməliyyatların icrası.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının (Balans, M&Z, PHH) və rəhbərlik üçün idarəetmə hesabatlarının hazırlanması.
- Tikinti layihələri üzrə xərclərin təsnifatı, podratçı hesablaşmaları və kapital qoyuluşlarının (CAPEX) uçotunun aparılması.
- Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin hazırlanması, proseslərin optimallaşdırılması və ERP sisteminin təkmilləşdirilməsi.
- Vergi və digər dövlət yoxlamaları zamanı tələb olunan sənəd və məlumatları hazırlamaq;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və material ehtiyatlarının uçotunu təmin etmək;
- Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və digər maliyyə hesabatlarını tərtib etmək;
- Layihələr üzrə xərclərin düzgün təsnifatını və layihələr üzrə uçotunu aparmaq;


Tələblər

- Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3-5 il, Aparıcı və ya Baş mühasib kimi isə ən azı 2 il iş təcrübəsi (Tikinti/daşınmaz əmlak sektoru və layihə uçotu təcrübəsi üstünlükdür).
- ACCA F3, ACCA F7 və PMS II (Peşəkar Mühasib Sertifikatı – II mərhələ).
- AR Vergi Məcəlləsi və BMHS üzrə yüksək səviyyədə biliklər, ERP sistemləri (Logo Tiger üstünlükdür) və MS Excel proqramını peşəkar idarəetmə bacarığı
- Yüksek analitik düşünmə, detallara diqqət, komandada işləmək bacarığı və gərgin iş rejimində son tarixlərlə (deadline) işləmək qabiliyyəti:

Peşəkar bilik və bacarıqlar:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Əmək qanunvericiliyinin mühasibat uçotu ilə bağlı hissələrini bilmək;
- BMHS/BMUS üzrə biliklərə malik olmaq;
- Vergi, DSMF, Statistika və digər dövlət hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- Layihə uçotu, CAPEX uçotu və əsas vəsaitlərin uçotu üzrə biliklər;


О компании

Veysəloğlu
FMCG · Baku

Veysəloğlu — Azerbaijan's largest FMCG distribution and production group, partner of major international brands.

Все вакансии Veysəloğlu

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Ведущий бухгалтер
Откликнуться