Навыки и технологии
О роли
Xərc sənədlərini aidiyyəti strukturlardan qəbul etmək və yoxlamaq
Xərcləri təyinatına görə (inzibati, əməliyyat, kapitallaşma) qruplaşdırmaq
Xərcləri icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək
Cari ilə üzləşmələri aparmaq və ödəniş üçün aidiyyəti strukturlara yönləndirmək
Ticari carilər üzrə bonusları hesablamaq, müqavilə və ya təsdiq sənədləri ilə üzləşdirmək və nəzarətdə saxlamaq
Xərc analizlərini aparmaq, yaranan problemləri vaxtında aradan qaldırmaq və ya rəhbərliyə məlumat vermək
Mühasibat uçotu ilə bağlı sənəd dövriyyəsini təşkil etmək və sənədləşməni düzgün aparmaq
İş qrafiki:
5 gün
09:00-18:00
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı
Logo Tiger proqramı ilə işləmək bacarığı (üstünlükdür)
ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
Analitik düşünmə, məsuliyyətli yanaşma və detallara diqqət
О компании
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir . Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Все вакансии OBA Market MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



