Локация
Азербайджан
Опыт
3–4 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
15 июля 2026
Языки
Azerbaijani
Дедлайн
15 августа 2026

О роли

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  • Layihə rəhbərliyi və maliyyə şöbəsi ilə birgə büdcə planlamasının aparılması və xərclərin optimallaşdırılması;
  • Layihələrin icrası zamanı faktiki xərclərin uçotu və təhlili;
  • Tenderlərdə iştirak üçün qiymət təkliflərinin hazırlanması və iqtisadi əsaslandırılması.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (İnşaat mühəndisliyi və digər əlaqəli sahələrdə);
  • Minimum 3-4 il təcrübə;
  • Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
  • Tikinti norma və qaydaları, müvafiq normativ-hüquqi aktlar haqqında biliklər.

Təklif Edilir:

  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Tibbi sığorta;
  • Korporativ iş nömrəsi;
  • Dinamik və inkişafyönümlü iş mühiti;

Ünvan: Ələsgər Qayıbov 10q SDN Biznes Mərkəzi.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер по сметам
Откликнуться