Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
Müştəriləri cəlb etmək
Müştərilərə lombard kredit şərtləri barədə ətraflı məlumat vermək
Kredit müraciətlərini qəbul edərək qiymətləndirmək
Girov dəyərləndirilməsi və kredit risklərinin təhlilini aparmaq
Kredit portfelini idarə etmək və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək
Tələblər:
Yaş: 20-35
Lombard sahəsində minimum 1 il iş təcrübəsi
Müştəri bazasına sahib olmaq (şəxsi müştəri şəbəkəsinin olması vacibdir)
Kredit və maliyyə analizi sahəsində biliklər
Müştəri cəlbi və satış bacarığı
Ünsiyyətqurma və inandırma qabiliyyəti
MS Office proqramlarında işləmə bacarığı
İş şəraiti
İş yeri: Bakı şəhəri filialı
Əmək haqqı: 450 azn + yüksək bonus (Əmək haqqı dəyişə bilər müsahibə zamanı,bilik bacarıqdan asılı olaraq)
İş rejimi: həftə içi 09:00/18:00-dək ; şənbə,bazar istirahət günləri
О компании
Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilmişdir. 31.01.2013-cü il tarixində hüquqi və fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi məqsədi ilə təşkilatın ilk istiqraz emissiyası dövlət qeydiyyatına alınmışdır. 19.02.2013 tarixində təşkilat "AMFA" ya üzv olmuşdur. Hal-hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərməkdədir. Brand Credit təşkilatının ən əsas öhdəliklərindən biri i nsanlar arasında heç bir sosial fərq qoymadan,onlara daha yaxşı və təminatlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsindən ibarətdir. Brand Credit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir. Brand Credit təşkilatının baxışı Azərbaycanda qabaqcıl mikro-maliyyə institutu olmaqdır. Biz elə bir qurum olmaq istəyirik ki, sahibkarlıqla məşğul olanlar maliyyə xidmətlərinə ehtiyac duyduqda bizə üz tutsunlar. Biz bütün ölkə miqyasında tanınmaq və rəğbət qazanmaq istəyirik, buna nail olmaq üçün isə bütün ölkəni öz şöbələri ilə əhatə edən stabil və davamlı qurum olmalıyıq.
Все вакансии Brand Credit BOKTПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

