Менеджер отдела управления рисками

в Life at Bir

Локация
Bakı
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
12 июня 2026
Языки
Azerbaijani, English, Russian

О роли

Ümumi məlumat

Əməkdaş risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə metod və modellərin tətbiqində iştirak edir, əməliyyat itkilərinin və insidentlərin səbəblərini analiz edərək onların aradan qaldırılması üçün müvafiq struktur bölmələrlə işləyir. Eyni zamanda, risk nəticələrinin təhlili, nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün müntəzəm hesabatların hazırlanması bu rolun əsas öhdəliklərindəndir.

Öhdəliklər

  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, yenidən qiymətləndirilməsi, təsdiqlənməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edir;
  • Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir;
  • İnsidentlər və itkilər üzrə nəticələrin analizini həyata, həmçinin rəhbərliyə periodik və sorğu əsasında hesabatları təqdim edir;
  • Risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi çərçivəsində işlər görür;
  • Nəzarət tədbirlərinin çərçivəyə uyğun effektivliyini qiymətləndirir.

Tələblər

  • Təhsil: Ali (iqtisadi və ya maliyyə təhsili üstünlükdür);
  • Təcrübə: bank sektorunda ən azı 5 il,sahə üzrə 3 il;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Yüksək kommunikasiya bacarıqları
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli olmaq.

О компании

Life at Bir
Financial Services · 5,001-10,000 · Bakı

Bir fürsətdir

Все вакансии Life at Bir

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Менеджер отдела управления рисками
Откликнуться