Ведущий специалист по управлению случаями мошенничества

в Birbank

Локация
Bakı
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
15 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
18 июля 2026

О роли

Birbankda fraud risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz qərarların qəbulunda, indikatorların müəyyən edilməsi və onların mütəmadi yenilənməsində komanda işinə dəstək göstərə biləcək peşəkar namizədlər axtarışındayıq.

Vəzifə öhdəlikləri

· Bankın bütün kampaniya və stimullaşdırıcı tədbirlərində (lotereya, müsabiqə və s.) fraud risklərinin təhlili, rəy və təkliflərin verilməsi;

· Yeni və mövcud bank məhsulları, xidmətləri, layihələri üzrə fraud risklərinin qiymətləndirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;

· Fraud idarəetməsinə dair daxili normativ sənədlərin yoxlanması, təkmilləşdirilməsi və yeni layihələrə rəy verilməsi;

· Yerli və beynəlxalq fraud tendensiyalarının izlənilməsi, qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;

· Fraud aşkarlanması üçün indikator, davranış ssenariləri və skorinq modellərinin təhlili və inkişaf etdirilməsi;

· Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

· Fraud hallarının araşdırılması, səbəblərin təhlili və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;

· Fraud risklərinin idarə edilməsi siyasətinin icrasına nəzarət və bu sahədə “dözümsüzlük mədəniyyətinin” təşviqi;

· İşçi heyət üçün fraud risklərinə dair təlimlərin təşkili və bankdaxili kommunikasiyanın aparılması;

· Risk idarəetməsi, daxili audit və digər müdafiə xətləri ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi.


Tələblər

  • Ali təhsilə (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə);
  • Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
  • Milli qanunvericilik və tənzimləyici tələblər üzrə biliklər və onlarla praktiki işləmə bacarığına;
  • Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
  • Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.);
  • Araşdırma bacarığına;
  • Bankçılıq və ya fintech sahəsində əlavə təcrübəyə sahib olmaq.

Üstünlüklər

· İnkişaf imkanları

· Rəqabətli əmək haqqı və bonuslar

· Yüksək təminatlı sığorta

· Dəstəkləyici mühit

· Visa Premium əmək haqqı kartı

· Korporativ endirimlər

· Korporativ tədbirlər

· Əlavə məzuniyyət

· Güzəştli təhsil və işçi kredit

О компании

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Все вакансии Birbank

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Ведущий специалист по управлению случаями мошенничества
Откликнуться