Специалист по сбору долгов

в 189 Taxi

Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
25 июня 2026
Дедлайн
25 июля 2026

О роли

Vəzifə öhdəlikləri:

  • Ödənişlərini gecikdirən və ya borcu olan sürücülərlə əlaqə saxlamaq;
  • Debitor borcların vaxtında yığılmasını təmin etmək;
  • Borclu sürücülərlə görüşlər keçirmək və effektiv danışıqlar aparmaq;
  • Borcların ödənilməsi prosesinə nəzarət etmək;
  • Problemli halların araşdırılmasında və həllində iştirak etmək;
  • Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Namizədə tələblər:

  • Güclü ünsiyyət və inandırma bacarığı;
  • Məsuliyyətli, intizamlı və prinsipial olmaq;
  • Stressə davamlılıq və konfliktli vəziyyətləri idarəetmə bacarığı;
  • Qərar qəbul etmə və təşəbbüskarlıq qabiliyyəti;
  • Təqdimatlı və özünəinamlı xarici görünüş;
  • Fiziki cəhətdən sağlam olmaq;
  • Güclü xarakterə malik olmaq və çətin situasiyalarda qətiyyət nümayiş etdirmək;
  • Borcların yığılması, satış və ya müştəri münasibətləri sahəsində təcrübə üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
  • Əmək haqqı: sabit əmək haqqı + bonus sistemi (müsahibə əsasında müəyyən edilir);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

О компании

189 Taxi
Avtomobil nəqliyyatı, Nəqliyyat və anbar təsərrüfatı

189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul edilir. Sumqayıt şəhərinin sakinləri də *0189 nömrəsinə zəng edərək taksi sifariş edə bilərlər. 189 TAXI xidməti 2009-cu ilin dekabr ayından etibarən Bakıda fəaliyyət göstərir. Bu tarix ərzində, şirkətdə 15,000-dən artıq sürücü qeydiyyatdan keçmişdir.

Все вакансии 189 Taxi

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по сбору долгов
Откликнуться