О роли
Bank qarantiyaları və kontr-qarantiyalar üzrə müraciətlərin emalı, hazırlanması və müşayiət edilməsi;
SWIFT mesajlarının hazırlanması, göndərilməsi və daxil olan mesajların təhlili;
Təqdim olunan sənədlərin müvafiq beynəlxalq qaydalara (UCP 600, URDG 758 və s.) uyğunluğunun yoxlanılması;
Müxbir banklar və müştərilərlə Sənədli əməliyyatlar üzrə yazışmaların aparılması;
Sənədli əməliyyatlar məhsulları üzrə müştərilərə və Bankın digər struktur bölmələrinə dəstəyin göstərilməsi;
Əməliyyatlar üzrə hesabatların hazırlanması və aidiyyəti sistemlərdə məlumatların uçotunun aparılması;
Bankdaxili prosedur və qaydalara, habelə beynəlxalq standartlara uyğun fəaliyyət göstərilməsi;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icra edilməsi.
Tələblər
Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə)
Sənədli əməliyyatlar, beynəlxalq hesablaşmalar və ya Korporativ Bankçılıq sahəsində minimum 1-3 il iş təcrübəsiAkkreditivlər, bank qarantiyaları və digər ticarətin maliyyələşdirilməsi alətləri üzrə əsas biliklər
SWIFT sistemində istifadə olunan əsas mesaj növləri üzrə bilik;
UCP 600, URDG 758 və digər beynəlxalq qaydalar üzrə anlayış;
Beynəlxalq ticarət və xarici iqtisadi fəaliyyət üzrə ümumi anlayış;
Komandada işləmək bacarığı;
Ünsiyyət qurma bacarığı;
Xarici dil biliyi - Rus dili arzuolunan, İngilis dilini yaxşı səviyyədə bilmək (məcburi);
Kreativlik, təşəbbüskarlıq və operativlik.
Analitik düşünmə və sənədlərlə işləmə bacarığı
О компании
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir
Все вакансии ATB BankПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


