Локация
Азербайджан
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
16 июля 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
16 августа 2026
Навыки и технологии
О роли
İşin təsviri:
- Təyin olunmuş sahələrdə yoxlamaların hazırlanması
- Yoxlamalar zamanı aşkarlanmış uyğunsuzluqları, nəzarət boşluqlarını və qayda pozuntularını müəyyən etmək, onları daxili prosedurlara uyğun şəkildə sənədləşdirmək
- Aparılmış yoxlamaların nəticələri əsasında risklər, müşahidələr və tövsiyələri əhatə edən analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə fəaliyyət planlarının icrasına nəzarət etmək, gecikmələr və ya yayınmalar barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
- Vəzifə funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında icra etmək.
Tələblər:
- Təhsil – Ali
- Əlaqəli sahələrdə 3-5 il iş təcrübəsi
- Azərbaycan dili yaxşı, ingilis və ya rus dili üstünlükdür
- MS office proqramları yüksək səviyyədə
- Daxili nəzarət, komplayens və əməliyyat prosesləri üzrə yoxlamaları müstəqil şəkildə planlaşdırmaq, icra etmək və nəticələri qiymətləndirmək bacarığı.
- Risk əsaslı audit və ya nəzarət proqramlarının, illik yoxlama planlarının və monitorinq tədbirlərinin hazırlanması üzrə praktiki təcrübə.
- CIA (Certified Internal Auditor) və ya risklərin idarə edilməsi və daxili nəzarət sahələri ilə bağlı digər peşəkar sertifikatların mövcudluğu üstünlük hesab edilir.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.