Навыки и технологии
О роли
Ayan MMC şirkəti “Audit Departament Rəhbəri”vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.
Vəzifə öhdəlikləri:
- Audit şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək
- Daxili audit planlarının hazırlanması və icrasına nəzarət etmək
- Şirkətin maliyyə, əməliyyat və inzibati proseslərinin auditini həyata keçirmək
- Risklərin müəyyən edilməsi və risklərin azaldılması üzrə təkliflər vermək
- Audit nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Daxili nəzarət sisteminin effektivliyini qiymətləndirmək
- Şirkətin daxili prosedur və qaydalarına əməl olunmasına nəzarət etmək
- Audit əməkdaşlarının işini koordinasiya etmək və inkişafına dəstək vermək.
Namizədə dair tələblər:
- Kişi namizəd
- Yaş: 35-55
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit və ya əlaqəli sahələr üzrə)
- Audit sahəsində minimum 5 il iş təcrübəsi
- Audit şöbəsinin fəaliyyətinin idarə edilməsi və koordinasiyası üzrə təcrübə
- Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilməli
- 1C proqramı ilə işləmə bacarığı
- İnternet resurslarından sərbəst istifadə bacarığı
- Rus dili biliyi üstünlükdür
- Şəxsi avtomobilinin olması üstünlükdür
- Analitik düşüncə, rəhbərlik və qərarvermə bacarıqları
Əlavə məlumatlar:
- Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
О компании
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən bir sıra işlərin nəticəsi olaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdır. Buna parlaq misal olaraq 2005-ci ildə yaradılmış “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar. “Ayan”MMC-nin yaradılmasında əsas məqsəd dünya standartlarına cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, onun daxili və xarici bazarda yayılmasını təşkil etməkdir. Şirkətdə dünya standartlarına cavab verən texnoloji avadanlıq quraşdırılıb. Burada istehsal olunan məhsullara ciddi nəzarət vardır. Şirkətimizdə tətbiq olunan beynəlxalq ISO 9000 və ISO 22000 sistemlərinin tətbiqi buna bariz nümunədir. Şirkət onun modernizasiyası üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırmasını, estetik görünüşünü yeniləşdirərək istehsalın həcmini artırır. “Ayan” MMC istehsal olunan yüksək keyfiyyətli məhsulların eksportu sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində böyük istehsalçı şirkətlərlə uğurlu əməkdaşlıq sahəsində böqük təcrübə qazanıb. Hal-hazırda şirkətimiz alıcılara qida məhsullaırının böyük seçimini təqdim etməyə hazırdır.
Все вакансии Ayan MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



