Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Şirkətin idxal, anbar və satış əməliyyatlarının auditinin aparılması;
- İdxal sənədlərinin, müqavilələrin, invoysların və digər aidiyyəti sənədlərin yoxlanılması;
- Məhsul hərəkətinin idxaldan satışa qədər izlənilməsi və nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Anbar qalıqlarının auditinin aparılması, inventarizasiya proseslərində iştirak edilməsi;
- Satış əməliyyatlarının, kassa əməliyyatlarının və sənəd dövriyyəsinin yoxlanılması;
- Daxili prosedur və qaydalara əməl olunmasına nəzarət edilməsi;
- Risklərin və uyğunsuzluqların müəyyənləşdirilməsi, aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Aşkarlanmış nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
- Audit, daxili nəzarət və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazı və ünsiyyət bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
- Şəxsi avtomobil
İş yeri: Ziya Bünyadov 2082 (Dərnəgül şossesi)
О компании
'AZƏRİŞ LTD' MMC distribüter şirkəti kimi fəaliyyətinin əsası 1998cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. 'AZƏRİŞ LTD' halhazırda içki sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan 'AZƏRİŞ LTD' un portfoliosuna 'Erdinger', 'BitBurger', 'Benediktiner', 'Hofbräuhaus', 'Weihenstephaner', 'Budweiser', 'Pražačka', 'Blanche Bruxelles', 'Жигули', 'Башспирт', 'Swell', 'Sırma', 'KH Colorado', 'Organik Vodka', 'Öz Su' və s. kimi aparıcı brendlər daxildir. 'AZƏRİŞ LTD' distribüter şirkəti olaraq halhazırda 1500dən artıq ticarət nöqtəsinə 150dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Все вакансии Azəriş LTDПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



