Руководитель юридического департамента

в Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası

Локация
Bakı
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
16 июня 2026
Языки
Azerbaijani, Russian, English

О роли

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası “Hüquq departamentinin rəhbəri” vəzifəsi üzrə işçi qəbulunu elan edir.

Aşağıda qeyd edilən vəzifə öhdəlikləri və tələblərə cavab verən namizədlər müraciət edə bilərlər

Vəzifə öhdəlikləri:

  • AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Təşkilatın fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və maraqların təmin edilməsi;
  • Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və təşkilatlarda çıxış edilməsi;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı təşkilatın struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
  • Təşkilat adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Tələblər

  • Ali hüquqi təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən mülki, əmək, vergi və korporativ hüquq sahələrində dərin bilik və təcrübə;
  • Mübahisələrin həlli və məhkəmə proseslərində peşəkar təcrübə və sübut olunmuş uğurlu nəticələr;
  • Korporativ hüquqi sənədlərin hazırlanması və idarə olunmasında təcrübə;
  • Qanunvericilikdəki dəyişiklikləri təhlil etmək və onları biznes proseslərinə tətbiq etmək bacarığı;
  • Analitik düşüncə və kompleks hüquqi məsələləri qiymətləndirmə və həll etmə qabiliyyəti;
  • Müstəqil işləmə bacarığı ilə yanaşı, komanda ilə səmərəli əməkdaşlıq qurmaq bacarığı;
  • Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək (hüquqi sənədlərlə işləmə bacarığı);
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • MS Office proqramlarını (xüsusilə Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
  • Peşəkarlıq, etik davranış və məxfilik prinsipinə sadiqlik.

İş şəraiti

  • İş rejimi: Həftənin 5 günü, saat 09:00-18:00
  • Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı müəyyənləşdiriləcək

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель юридического департамента
Откликнуться