Руководитель юридического отдела

в Anonim işəgötürən

Локация
Азербайджан
Опыт
7+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
2 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
2 августа 2026

О роли

Şirkətlər qrupunun hüquqi fəaliyyətinin tam və effektiv hüquqi təminatını həyata keçirəcək, hüquqi risklərin idarə olunmasını təmin edəcək və rəhbərliyə peşəkar hüquqi dəstək göstərəcək Hüquq şöbəsinin müdiri axtarırıq.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Tibbi sığorta
  • Korporativ mobil nömrə

Əsas vəzifə öhdəlikləri

  • Şirkətlər qrupunun hüquqi fəaliyyətini müstəqil şəkildə təşkil etmək və həyata keçirmək, hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların idarə olunmasını təmin etmək;
  • Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını, razılaşdırılmasını, zərurət yarandıqda dəyişikliklərin edilməsini və müqavilə şərtləri üzrə danışıqların aparılmasını təmin etmək;
  • Biznes tərəfdaşları tərəfindən təqdim olunan müqavilələri hüquqi baxımdan təhlil etmək, hüquqi riskləri qiymətləndirmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək;
  • Rəhbərliyə və struktur bölmələrinə korporativ, kommersiya, müqavilə, əmək və digər hüquqi məsələlər üzrə hüquqi dəstək və məsləhətlər vermək;
  • Hüquqi şəxslərin yaradılması, yenidən təşkili, dövlət qeydiyyatı, təsis sənədlərinə dəyişikliklərin edilməsi, iştirak paylarının əldə edilməsi və ləğvi proseslərinin hüquqi müşayiətini həyata keçirmək;
  • Lisenziyaların, icazələrin və digər hüquqi xarakterli sənədlərin alınması və qüvvədə saxlanılması prosesinə hüquqi dəstək göstərmək;
  • Şirkətin daxili qayda, siyasət və prosedurlarının hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Şirkətin maraqlarını dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil etmək, hüquqi danışıqlar aparmaq və zərurət yarandıqda mübahisələrin həllində iştirak etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və rəhbərliyə hüquqi tövsiyələr vermək;
  • Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Hüquq üzrə ali təhsil (Magistr dərəcəsi üstünlük hesab olunur);
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Korporativ hüquq sahəsində minimum 7 il iş təcrübəsi;
  • Logistika sahəsində fəaliyyət göstərən və ya müxtəlif biznes istiqamətlərini əhatə edən şirkətlər qrupunda hüquqi iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (mütləq), ingilis dili biliyi üstünlük hesab olunur;
  • Analitik düşünmə, hüquqi yazışma, danışıqlar aparmaq və hüquqi məsələləri müstəqil şəkildə idarə etmək bacarığı;
  • Detallara yüksək diqqət və dəqiqlik;
  • Məxfiliyə riayət edən, nəticəyönümlü və yüksək peşə etikası prinsiplərinə sahib olmaq;
  • Dəyişən biznes mühitinə və iş tələblərinə çevik uyğunlaşmaq bacarığı.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuMiddle6 дн. назад
Contract reviewLegal Document DraftingLegal Research
Все похожие вакансии
Не указана
Руководитель юридического отдела
Откликнуться