Vəzifə funksiyaları
Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.
Əsas vəzifələr:
Bankomat
- bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
- əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
- bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
- nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.
Ödəniş terminal
- əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- proqram təminatı və əməliyyat sistemində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- nağd pul vasitəsilə həyata keçirilmiş problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı texniki dəstəyin göstərilməsi;
- ödəniş terminallarının dövriyyəyə buraxılan yeni pul əskinaslarının qəbuluna uyğunlaşdırılmasının təmin edilməsi;
- əskinasqəbuledici, çek printeri, sensor ekran və digər aparat komponentlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.
POS-terminal
- POS-terminallarda əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanması;
- partnyorlara telefon vasitəsilə və ya yerində texniki dəstəyin göstərilməsi;
- ödəniş əməliyyatları ilə bağlı problemlərin ilkin araşdırılması və səlahiyyət çərçivəsində aradan qaldırılması;
- POS-terminalların Vergi reyestrində qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
- yeni POS-terminalların göstərilən ünvanlara çatdırılması, quraşdırılması və sazlanması;
- nasaz POS-terminalların diaqnostikası və təmiri;
- nasazlığın yerində aradan qaldırılması mümkün olmadıqda avadanlığın servis mərkəzinə göndərilməsinin təşkili.
Qmatic sistemi
- Qmatic avadanlıqlarında əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- texniki və proqram təminatı ilə bağlı nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- elektron növbə avadanlıqlarının stabil işləməsinin təmin edilməsi.
Yumşaq bacarıqlar
- Məsuliyyət
- Nizam intizam
- Nəticəyə yönümlülük
- Detallara diqqət
Digər şərtlər
Namizədə tələblər
- Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
- Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması
- Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
- Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
- TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
- Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
- Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
- Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;
Dil biliyi
- Azərbaycan - Mükəmməl
- Rus - Orta
- İngilis - Orta
Kompüter biliyi
- Windows 7 / 10 / 11 - Yüksək
- Microsoft office - Orta
- Diaqnostik proqramlar - Orta