Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июня 2026
Языки
English, Russian
Дедлайн
23 июля 2026

О роли

Təsvir

  • Bağ sahəsində bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
  • Sahələr üzrə illik aqrokimyəvi və aylıq aqrotexniki tədbirlər planların hazırlanmasını həyata keçirir;
  • Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir;
  • Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi və proflaktik tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
  • Nəzarət etdiyi bağ sahələri üzrə kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
  • Bağ sahələrində bioaktivlərin invertarizasiyasının aparılmasını həyata keçirir;
  • Əkin üçün torpağın hazırlanması işinin təşkil edir;
  • Tinglərin müasir texnologiya əsasında əkinində yaxından iştirak edir;
  • Dövrü məhsuldarlıq planlamasının hazırlanmasında iştirak edir;
  • Hazırlanmış məhsuldarlıq və yığım planına uyğun olaraq yığım işlərinin həyata keçirilməsini təşkil edir;
  • Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
  • Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
  • Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
  • Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
  • Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı təkliflər verir.

Tələblər

  • Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
  • Müvafiq sahədə 3 il iş təcrübəsi
  • İngilis və Rus dillərini bilmək üstünlükdür
  • Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
  • Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
  • Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
  • İdarəetmə təcrübəsi
  • Analitik düşünmə bacarığı
  • Microsoft Excel, 1C bilikləri

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar

О компании

Grand Agro MMC
Baku

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Все вакансии Grand Agro MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Агроном
Откликнуться