Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;
Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
Becərmə və biçim müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək;
Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət etmək;
Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil etmək, müvafiq tapşırıqlar vermək və hesabatlılığını təmin etmək;
Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqini aparmaq;
Mineral, üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsi və sahələrin təmin edilməsi ilə bağlı işləri planlayıb təşkil etmək;
İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak etmək;
Əkin sahələrində çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil etmək, onların problemləri, təklifləri ilə maraqlanmaq və aidiyyəti şöbələr üzrə məlumatların verilməsini təmin etmək.
Tələblər:
Ali təhsil (Aqrar sahəsi üzrə);
Aqronom vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
Dənli bitkilərin becərilməsi ilə bağlı iş təcrübəsi;
MC Office proqramından istifadə bacarığı;
Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə.
İş şəraiti:
İş yeri: Saatlı rayonu;
Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


