Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июня 2026
Языки
Azerbaijani
Дедлайн
22 июля 2026

О роли

Vəzifə öhdəlikləri

  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək və aidiyyatı şəxsləri bu tələblərə uyğun istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Lazım olduğu halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də, hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • Mühəndis vəzifəsində iş təcrübəsi (minimum 5 il);
  • Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Архитектор
Откликнуться