Локация
Азербайджан
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
6 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
6 августа 2026

О роли

Tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
  • Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə;
  • Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər;
  • AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, LumionMS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur.

Əsas vəzifə öhdəlikləri

  • Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi;
  • Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması;
  • Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması;
  • Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
  • Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması;
  • Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi;
  • Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
  • Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
  • Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli;
  • Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi.

İş yeri: Ofis

О компании

Baku City Residences
Daşınmaz əmlak fəaliyyəti, Əmlakın inkişafı (Property Development)

“Baku City Residences” yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edən şirkətdir. Şirkət tərəfindən Bakı şəhərinin mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, ən müasir, yüksək standartlara cavab verən yaşayış kompeksləri layihələrinin tikintisi və satışı həyata keçirilir. Şəhərin göz oxşayan mənzərəsi ilə yüksək keyfiyyət standartlarına uyğun hazırlanmış “Baku City Residences” (BCR) yaşayış kompleksləri ekoloji təmiz, səs küydən uzaq, ən əsası ailənizin təhlükəsizliyi və sağlamlığı üçün əvəzolunmaz məkandır. “Baku City Residences” öz yaşayış kompleksləri ilə sizlərə əsl rahatlıq bəxş etməyi, müasir dizaynla göz zövqünüzü oxşamağı və keyfiyyətli tikinti ilə komfortunuzu təmin etməyi hədəfləyir. “Baku City Residences” zamanın tələblərinə uyğun inkişaf etmiş infrastruktura və müasir memarlıq üslubuna malik, yaşayış və biznes kompleksləri bazarında daim nümunə olan layihələr təqdim edir.

Все вакансии Baku City Residences

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Архитектор
Откликнуться