AutoCADElectrical DesignElectrical Schematics
Локация
Азербайджан
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
1 июля 2026
Дедлайн
1 августа 2026
Навыки и технологии
О роли
Elektrik avadanlıqlarının satışı, layihələndirilməsi və quraşdırılması sahəsində fəaliyyət göstərən Amper MMC komandamıza qoşulacaq peşəkar Elektrik Mühəndisi axtarır.
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə öhdəlikləri
- Alçaq gərginlikli paylayıcı və idarəetmə panolarının layihələndirilməsi və yığılması prosesinə nəzarət etmək;
- AutoCAD proqramında birxətli sxemlərin, prinsipial elektrik sxemlərinin və pano daxili yerləşdirmə planlarının hazırlanması və oxunması;
- Yüksək gərginlikli sistemlər, yarımstansiyalar və kabel xətləri üzrə texniki təhlillərin aparılması;
- Layihələrin texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
- Elektrik avadanlıqlarının və materiallarının seçilməsi, spesifikasiya siyahılarının (BOM) hazırlanması;
- İstehsalat və sahədə yaranan texniki problemlərin operativ həllində iştirak etmək.
Namizədə tələblər
- Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- Elektrik panolarının yığılması və iş prinsipləri üzrə dərin texniki biliklər;
- Yüksək gərginlik avadanlıqları, transformatorlar və mühafizə sistemləri haqqında biliklər;
- Texniki sənədlər və kataloqlarla işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Təklif edirik
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
О компании
Amper Elektrik
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Technical MaintenanceAutoCADTechnical Documentation
AutoCADRevitElectrical Schematics
AutoCADBill of MaterialsMicrosoft Excel



