AutoCADConstruction ManagementProject Management
Локация
Bakı
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 500 ₼
Опубликовано
3 июля 2026
Языки
Azerbaijani, English, Russian
Навыки и технологии
О роли
Vakansiya: Elektrik Mühəndisi
Şirkət: "Art Right" MMC (MEP Şirkəti)
Məkan: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam iş günü
Şirkət Haqqında Qısa Məlumat
"Art Right" MMC bina tikintisi və idarəedilməsi sektorunda mexanika, elektrik və santexnika (MEP) mühəndisliyi xidmətləri göstərən aparıcı şirkətlərdən biridir. Komandamız fərqli miqyaslı layihələrin layihələndirilməsi, quraşdırılması və istismara verilməsi üzrə ixtisaslaşmışdır.
Biz Nə Təklif Edirik?
- Rəsmi qeydiyyat (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun).
- Rəqabətədavamlı və artan əməkhaqqı (müsahibə əsasında təyin olunacaq).
- Peşəkar komandada karyera yüksəlişi imkanları.
- Korporativ nömrə və istehsalat ehtiyacları üçün nəqliyyat təminatı.
Müraciət üçün:
Vəzifə öhdəlikləri
- MEP layihələrində elektrik sistemlərinin (güclü və zəif axım) quraşdırılmasına nəzarət etmək.
- Elektrik layihə çertyojlarını (AutoCAD/Revit) yoxlamaq və sahədə tətbiqini təmin etmək.
- İşlərin tikinti norma və qaydalarına (Milli və Beynəlxalq standartlara) uyğunluğunu yoxlamaq.
- Sahə materiallarının tələbnamələrini hazırlamaq və keyfiyyətinə nəzarət etmək.
- Podratçı və subpodratçı şirkətlərin iş qrafikinə uyğunluğunu izləmək.
- Layihə menecerinə görülmüş işlər barədə gündəlik və həftəlik hesabatlar təqdim etmək.
- As-Built (İcraat) sənədlərinin hazırlanmasını və təhvilini təşkil etmək.
Tələblər
- Təhsil: Elektrik mühəndisliyi sahəsində ali bakalavr dərəcəsi.
- Təcrübə: MEP layihələrində elektrik mühəndisi kimi minimum 3-5 il iş təcrübəsi.
- Proqram Bilikləri: AutoCAD mütləqdir (Revit və MS Project arzuolunandır).
- Dil Bilikləri: Azərbaycan dili (əla), texniki sənədlərlə işləmək üçün ingilis və ya rus dili bilikləri üstünlükdür.
- Layihə oxuma, sxem və xəritələri analiz etmə bacarığı.
- Komandada işləmək və gərgin iş qrafikində qərar qəbul etmə qabiliyyəti.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Инженер по планированию
ГорячаяAutoCADConstruction PlanningProject Management
Construction ManagementAutoCADContractor Coordination
AutoCADBuilding Information ModelingConstruction Standards Compliance

