Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 000 ₼
Опубликовано
16 июня 2026
Языки
Azerbaijani, English, Russian

О роли

Vəzifə öhdəlikləri

Elektro-mexanika, elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;

Elektro-mexanik vəzifəsində minimum 3 il iş təcrübəsi;

Elektrik sistemləri, mexanika və nasosxana avadanlıqları üzrə praktiki bilik və təcrübə;

Elektrik sxemlərini və texniki sənədləri oxuma bacarığı;

Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini minimum texniki səviyyədə bilmək;

B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir;

Daimi, uzunmüddətli yerli və beynəlxalq ezamiyyətlərdə işləməyə hazır olmaq;

Məsuliyyətli, intizamlı, operativ və komandada işləmək bacarığı.

Üstünlük veriləcək namizədlər

Pivot suvarma sistemləri üzrə iş təcrübəsinə malik olanlar;

Elektronika sahəsində bilik və təcrübəsi olanlar;

IoT (Internet of Things) sistemləri, uzaqdan monitorinq və idarəetmə həlləri üzrə biliklərə malik olanlar;

Sensorlar, telemetriya sistemləri, GSM/GPRS əsaslı avadanlıqlar və sənaye avtomatlaşdırılması ilə iş təcrübəsi olanlar;

PLC, SCADA və digər avtomatlaşdırma sistemləri üzrə biliklərə malik olanlar.

Tələblər

İş əsasən regionlarda yerləşən kənd təsərrüfatı və sənaye obyektlərində həyata keçirilir;

Namizədin daimi yerli və xarici ezamiyyətlərdə işləməyə hazır olması vacibdir;

Rəqabətli əməkhaqqı və peşəkar inkişaf imkanları təqdim olunur

Pivot suvarma sistemlərinin elektrik, elektronika və mexaniki hissələrinin quraşdırılması, sazlanması, texniki xidməti və təmirinin həyata keçirilməsi;

Elektrik, mexaniki və avtomatlaşdırma sistemlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;

Nasosxanaların, mühərriklərin, reduktorların, idarəetmə panellərinin və digər avadanlıqların istismarı, texniki baxışı və təmirinin həyata keçirilməsi;

Profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;

Pivot suvarma sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

Elektrik sxemlərinin, texniki sənədlərin və avadanlıq üzrə təlimatların oxunması və tətbiqi;

Regionlarda və layihə sahələrində quraşdırma, sazlama, servis və texniki dəstək işlərinin həyata keçirilməsi;

Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 000 ₼
Электромеханик
Откликнуться