Quality ControlISO 45001Audit
Локация
Азербайджан
Опыт
1–3 лет
Занятость
Полная занятость
Зарплата
1 500–1 500 ₼
Опубликовано
30 июня 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
30 июля 2026
Навыки и технологии
О роли
ALCO MMC komandamıza Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis axtarır.
İş şəraiti
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı
- İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi)
- Əmək haqqı: 1 500 AZN-dən başlayır və namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri
- İstehsalata daxil olan xammal, yarımfabrikat və hazır məhsulların laborator analizlərini aparmaq;
- Məhsulların ASTM, GOST, ISO və müəssisədaxili texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Analiz nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
- Laboratoriya avadanlıqlarının düzgün istismarına, kalibrlənməsinə və texniki vəziyyətinə nəzarət etmək;
- Məhsul keyfiyyətinin davamlı yaxşılaşdırılması istiqamətində istehsalat komandası ilə birgə fəaliyyət göstərmək;
- Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərə riayət etmək.
Namizədə tələblər
- Kimya, Kimya Mühəndisliyi, Neft-kimya, Kimya Texnologiyası və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Laboratoriya və ya istehsalat sahəsində 1–3 il iş təcrübəsi;
- Fiziki-kimyəvi analiz metodları üzrə bilik;
- ASTM, GOST və ISO standartları haqqında ümumi bilik;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində;
- Rus dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək bacarığı;
- Operativ qərarvermə və təşəbbüskarlıq;
- Nəticəyönümlülük və peşəkar etik davranış.
Üstünlük veriləcək namizədlər
- Neft məhsulları, sürtgü yağları və ya kimya sənayesində iş təcrübəsi;
- FTIR, ICP-OES, Karl Fischer titratoru və digər analitik laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
- ASTM və GOST standartları ilə praktiki iş təcrübəsi;
- SAP, 1C və ya ERP sistemləri ilə işləmək bacarığı;
- ISO 9001, ISO 14001 və ISO 45001 idarəetmə sistemləri üzrə bilik və ya təcrübə.
Qeyd: Sumqayıt şəhərində və ya Sumqayıta yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
О компании
ALCO MMC
Emal sənayesi, Kimya sənayesi
“Alco” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağları istehsal edilir.
Все вакансии ALCO MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Budget ManagementContractor CoordinationAutoCAD
Cost Optimization1CProcurement
Construction ManagementAutoCADContractor Coordination

