Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
6 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
6 августа 2026

О роли

AZCD Group davam edən layihəsi üçün Sahə Mühəndisi (Fit-Out və metal konstruksiya işləri üzrə) vəzifəsinə peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edir.

Vəzifə öhdəlikləri

  • Fit-out, metal konstruksiya və digər tamamlayıcı tikinti işlərinin təsdiq edilmiş layihə sənədləri, texniki spesifikasiyalar və işçi çertyojlara uyğun icrasına gündəlik nəzarət etmək;
  • Tikinti sahəsində aparılan işlərin keyfiyyətini, ardıcıllığını və layihə qrafikinə uyğunluğunu təmin etmək;
  • Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin icrasını nəzarətdə saxlamaq;
  • Gündəlik iş planlarının hazırlanmasında iştirak etmək və işlərin plan üzrə icrasını izləmək;
  • Materialların qəbulunu yoxlamaq, onların keyfiyyətinə, düzgün saxlanmasına və səmərəli istifadəsinə nəzarət etmək;
  • Görülmüş işlərin həcmini ölçmək, yerinə yetirilmiş işləri təsdiqləmək və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Sahədə yaranan texniki problemləri operativ şəkildə müəyyən etmək, həlli üçün layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Memarlıq, konstruksiya, MEP və digər əlaqəli işlər arasında koordinasiyanı təmin etmək və işlərin ardıcıllığını izləmək;
  • Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək;
  • Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq, fotohesabatlar təqdim etmək və layihə rəhbərliyini görülən işlər barədə mütəmadi məlumatlandırmaq;
  • Layihədə istifadə olunan materiallar, avadanlıqlar və resursların səmərəli istifadəsinə nəzarət etmək;
  • Zəruri hallarda sifarişçi, texniki nəzarətçi və digər tərəflərlə keçirilən sahə baxışlarında və iclaslarda iştirak etmək;
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün digər struktur bölmələri ilə sıx əməkdaşlıq etmək.

Tələblər

  • İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İncə işlər və metal konstruksiya işləri üzrə 5+ il sahə təcrübəsi;
  • Layihə və texniki çertyojları oxuma bacarığı;
  • Tikinti norma və standartları barədə bilik;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
  • İş qrafiki: Tam iş günü;
  • İş yeri: Bakı şəhəri.

О компании

AZCD Group QSC
Tikinti, Bina tikintisi

«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma və eləcə də təmir işlərini həyata keçirməkdədir.

Все вакансии AZCD Group QSC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер по объекту
Откликнуться