Навыки и технологии
О роли
Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
Anbar ərazisində təsdiq olunmuş plana uyğun olaraq keyfiyyət yoxlamalarını həyata keçirmək
Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək
Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək
Standartlara uyğunluğun və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Tələblər
Ali təhsil (Standartlaşdırma və sertifikasiya, qida mühəndisliyi, kimya, kimya mühəndisliyi, qida məhsullarının ekspertizası, qida təhlükəsizliyi və ya qida məhsullarının texnologiyası ixtisasları üzrə)
Keyfiyyətə nəzarət, qida təhlükəsizliyi və ya anbar prosesləri üzrə minimum 1 il iş təcrübəsi
Qida təhlükəsizliyi standartları və normativ sənədlər (HACCP, ISO və s.) üzrə əsas biliklərin olması üstünlük
Microsoft Office proqramları (Word, Excel, Outlook) üzrə biliklər
Analitik düşünmə və problem həll etmə bacarığı
Ünsiyyət və komanda ilə işləmə bacarığı
İş qrafiki: 5 günlük (gecə və gündüz növbəli)
О компании
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir . Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Все вакансии OBA Market MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



