Локация
Bakı
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
1 500–2 000 ₼
Опубликовано
16 июня 2026
Языки
Azerbaijani

О роли

İş yeri: Bakı, Azərbaycan

Maaş: 1500 – 2000 AZN + bonuslar (namizədin bilik və təcrübəsinə əsasən)

İş qrafiki: 6 iş günü

Üstünlüklər

Xerox / HP / Canon printerləri ilə real iş təcrübəsi

Servis mərkəzində iş təcrübəsi

Aktların və servis sənədlərinin (order, job card) aparılması

Sürücülük vəsiqəsi arzuolunandır (səyyar servis işləri üçün)

Müraciət qaydası

Müraciət zamanı mövzu hissəsində “Printer üzrə mühəndis” qeyd edilməsi rica olunur.

Vəzifə öhdəlikləri

Mexanika / Aparat hissəsi

Printer və MFP-lərin (Çoxfunksiyalı printerlər) diaqnostikası və təmiri:

Kağız ötürmə sistemi

Fuser (печка)

Kağız traktı

Reduktorlar / dişlilər

Roliklər, sensorlar

Kartrij mexanizmləri və (inkjet modellərdə) karretkalar

Qovşaqların və modulların dəyişdirilməsi

Profilaktika, texniki baxış və kalibrasiya işləri

Təkrarlanan çap problemlərinin aradan qaldırılması

Aşağıdakı problemlərin səbəblərinin tapılması və həlli:

kağız ilişməsi, səs-küy, cırıltı, sensor xətaları, qızma, zəif fiksasiya və s.

Proqram təminatı / Şəbəkə

Printer və skaner drayverlərinin quraşdırılması və sazlanması

USB / LAN / Wi-Fi üzərindən şəbəkə çapının qurulması

IP ünvanlama, Web-interface ilə işləmə

Address book, SMTP, Scan-to-Email, SMB sazlanması (lazım olduqda)

Firmware yenilənməsi, resetlər, servis rejimləri (istehsalçı qaydalarına uyğun)

Xəta kodları üzrə problemlərin aradan qaldırılması

Windows mühitində çap problemlərinin diaqnostikası

(macOS / Linux bilikləri üstünlükdür)

Tələblər

Printer və MFP-lərin təmiri/servisi üzrə minimum 2–3 il təcrübə

(və ya praktik bilik)

Mexanika üzrə biliklər: kağız traktı, fuser, sensorlar, ötürücülər

Proqram təminatı və şəbəkə üzrə praktiki bacarıqlar

Servis xətalarını və kodlarını oxumaq və düzgün analiz etmək bacarığı

Səliqəli, məsuliyyətli və müştəriyə görülən işi aydın izah etmək bacarığı

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 500–2 000 ₼
Инженер по принтерам
Откликнуться