Mechanical EngineeringPreventive MaintenanceTechnical Documentation
Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani
Навыки и технологии
О роли
Avadanlıqların, maşınların və qurğuların texniki vəziyyətinə, texniki xidmət qaydalarına uyğun təyin olunmuş vaxtlarda baxışlar keçirmək;Baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin keçirilməsi, planlı təmir işlərini vaxtında həyata keçirmək və sənədləşdirmək;Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;İstehsalat prosesində istifadə olunan texniki sənədləri və avadanlıq pasportlarını oxumaq və tətbiq etmək;Enerji daşıyıcılarının (hidravlik, pnevmatik, elektrik) normal fəaliyyətini nəzarətdə saxlamaq;İstehsalat zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;İstehsalat rəhbərinə görülən işlər barədə hesabat təqdim etmək.Quru qarışıqlar istehsalı texnologiyasını və avadanlığını bilməli;Təhkim olunmuş avadanlığa TX göstərilməsinin həyata keçirilməsi texnologiyasını bilməli;Avadanlıqların quraşdırılması və sökülməsi üzrə işlərin aparılması texnologiyasını bilməli;Detalların, mexanizmlərin köhnəlməsinin müəyyənləşdirilməsi və ona nəzarət üsullarını bilməli;Təzyiq altında işləyən qabların, tutumların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;Yükqaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;Təhlükə potensiallı istehsalat qurğularında və obyektlərində odla bağlı işlərin aparılması qaydalarını bilməli;Elektrik qurğularının texniki istismarı qaydalarını və elektrik qurğularının (III qrupdan az olmayan həcmdə) istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası qaydaları; Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə aid normativ-hüquqi sənədləri, iş təlimatlarını və avadanlığın istismarına dair sənədləri bilməli;Sanitariya norma və qaydalarının onun öz vəzifə öhdəliklərinin icrasına aid hissəsini bilməli; Öz vəzifələrinin icrasına aid hissədə Şirkət üzrə verilən əmr və sərəncamları, yuxarı orqanların qərar və sərəncamlarını, metodiki, normativ və digər rəhbər tutulan sənədləri bilməli;Şirkətin daxili əmək intizamı qaydalarına riayət etməli; Ona təhkim olunmuş avadanlığa TX göstərilməsi üzrə istənilən işləri yerinə yetirməyi bacarmalıdır;Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;Daxili əmək intizamı qaydalarına riayət etmək;Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;Rəhbərliyin verdiyi digər tapşırıqların icrası. Xüsusi tələblər Texniki peşə təhsili və ya müvafiq ixtisas (mexanika üzrə);Əlaqədar sahə üzrə 3 ildən artıq iş təcrübəsi;Gecə növbəsi üçün uyğunluq;MS Office komputer proqramı üzrə bacarıqlar;Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı. Müraciət etmək üçün: [email protected]
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Preventive MaintenanceTechnical DocumentationEquipment Maintenance
Preventive MaintenanceEquipment InspectionTechnical Documentation
Corrective MaintenanceCost ControlContractor Coordination

