Инженер по планированию

в GM Construction

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
22 июля 2026

О роли

Tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 25-40;
  • Planlama mühəndisi olaraq azı 3 il iş təcrübəsi;
  • Ali təhsil (İnşaat mühəndisliyi);
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • MS Office, Primavera P6, MS Project;
  • İşgüzar ünsiyyət bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
  • Faktiki iş həcmlərinin planla müqayisə olunması;
  • Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
  • Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  • Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
  • Layihə rəhbəri, sahə rəisi, MEP və QA/QC mühəndisləri ilə koordinasiyalı şəkildə işləmək.

İş şəraiti:

  • İş yeri: Baş ofis - Baku City Residence Olimpik (Heydər Əliyev pr 189);
  • İş rejimi: 6 günlük;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı təhsil, iş stajı və bacarıq nəzərə alınmaqla müəyyən olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

О компании

GM Construction
Tikinti, Bina tikintisi

2016-cı ildən etibarən fəaliyyət göstərən “GM Construction” qısa zaman kəsiyində ölkəmizin tikinti sektorunun əhəmiyyətli iştirakçılarından birinə çevrilməyi bacarmışdır. Şirkət təcrübəli mütəxəssislərdən ibarət peşəkar komanda formalaşdıraraq müasir keyfiyyət standartlarına cavab verən çoxsaylı və müxtəlif şaxəli layihələr həyata keçirmişdir. Düzgün planlama və təklif etdiyi operativ həll yolları sayəsində “GM Construction” layihələrin dəqiq və zamanında icrasına zəmanət verir ki, bu da öz növbəsində şirkətə davamlı olaraq yüksək sifarişçi məmnunluğu qazandırır.

Все вакансии GM Construction

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер по планированию
Откликнуться