Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
24 июля 2026

О роли

“Nardaran İnvest” MMC-nin Tikinti Planlama Departamentinin Smeta şöbəsi üçün Smetaçı-mühəndis vakansiyası üzrə namizəd axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;

  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;

  • Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;

  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;

  • Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;

  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;

  • Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;

  • Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;

  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq;

  • Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;

  • Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;

  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;

  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;

  • Obyektlərdə (sahədə) ölçü işlərinin aparılması;

  • Smetaların bazar qiymətləri əsasında hesablanması;

  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi);

  • Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması.

Tələblər:

  • Ali təhsil (mühəndislik ixtisası, inşaat mühəndisliyi arzu olunandır);

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Bəy namizədlərə üstünlük veriləcəkdir;

  • Rus dili biliyi üstünlük hesab olunur

  • Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək;

  • Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi bacarığı;

  • Titul vərəqələrinin hazırlanması, nasazlıqlar cədvəlinin tərtibi və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;

  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;

  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;

  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığı;

  • Analitik düşüncə, dəqiqlik və operativlik.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • İş qrafiki: 5 günlük;

  • Koroğlu m/st-dan servis xidməti;

  • Yemək şirkət tərəfindən təmin edilir;

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер-сметчик
Откликнуться