Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июля 2026

О роли

İş haqqında məlumat

  • Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və digər normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;
  • Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar, texnika xərcləri və s.);
  • Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
  • Layihə rəhbərləri, satınalma, istehsalat və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq
  • Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;
  • Görülmüş işlərin həcmlərini yoxlamaq, smeta sənədlərinin arxivləşdirilməsini və uçotunu aparmaq, smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;
  • Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi)
  • Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması;
  • Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Əlavə məlumat:

  • Ünvan: Bakı şəhəri
  • İş vaxtı: 5 gü
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaq

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Smeta üzrə Mühəndis
Откликнуться