Локация
Özbəkistan Kamaşi şəhəri
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
2 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
31 июля 2026

О роли

Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması;
Raportların alınması, forma-2 və sahə üzrə digər sənədlərin hazırlanması;
Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası;
Müvafiq mühəndislik dərəcəsi olmalıdır;
Çertyoj və konstruksiya proqramlarında işləmə bacarığı arzuolunandır;
Kəsim planlarının və qaynaq raportlarının hazırlanması;
Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına və normativlərinə riayət edilməsinə nəzarət etmək;
Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 5 ildən artıq;
Yaş həddi: 35-50;
Kompüter bilikləri: AutoCad, Tekla, MS Office;
Dil bilikləri: Azərbaycan və Rus dilləri;
Ölkədaxili və ölkəxarici ezamiyyə imkanları;

İş şəraiti:

İş qrafiki: 6 günlük;
İstirahət; Bazar;
İş yeri: Özbəkistan, Kamaşi şəhəri.

Şəxsi keyfiyyətlər;

Məsuliyyətlilik;
Diqqətlilik və dəqiqlik;
Komanda ilə işləmək bacarığı;
Stressə davamlılıq;
Fiziki dözümlülük;
Səliqəlilik və nizam-intizam;
Ətraflı təfəkkür.



Biz nə təklif edirik:

Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.

О компании

Mətanət A Şirkətlər Qrupu
Tikinti materialları · 500 + · Baku

<p>Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. </p><p>Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.</p>

Все вакансии Mətanət A Şirkətlər Qrupu

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Инженер-строитель
Откликнуться