Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
14 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
12 августа 2026

О роли

Layihələrin icrası prosesini qarşıya qoyulan cari hədəf, zaman və qrafik daxilində yerində idarə etmək;
Sahə daxilində əməkdaşlar və subpodratçılar arasında gündəlik iş bölgüsünü təyin etmək, tapşırıqları vermək və icrasına nəzarət etmək;
Layihənin icrası prosesində sahədə yarana biləcək cari problemləri vaxtında müəyyən etmək və həlli üçün rəhbərliyə təkliflər vermək;
Layihənin fasiləsiz icrası məqsədilə daxili şöbələrlə (satınalma/təchizat, anbar, mühasibatlıq) mütəmadi əlaqədə olmaq və material/avadanlıq təminatını koordinasiya etmək;
Layihə çərçivəsində tərəfdaş şirkətlər və subpodratçılarla cari işlərin gedişatı ilə bağlı gündəlik danışıqlar aparmaq, texniki müzakirələr həyata keçirmək;
Resursların İstifadəsi: Sahəyə ayrılmış resursların (işçi qüvvəsi, material, mexanizmlər) düzgün, qənaətli və təyinatı üzrə istifadəsinə birbaşa nəzarət etmək;
Görülmüş işlər, layihənin cari vəziyyəti və gündəlik/həftəlik gedişat barədə birbaşa rəhbərliyə mütəmadi olaraq hesabatlar hazırlayıb təqdim etmək.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 3 il;
Yaş həddi: 25-50;
Ölkədaxili ezamiyyət imkanları;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri üstünlükdür;
Tikinti normaları, qaydaları və layihə idarəedilməsi metodologiyalarına dair dərin biliklər;
Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında geniş məlumatlılıq;
Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər;
İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq;
Tikinti layihələrinin oxunması və təhlili bacarığı (memarlıq, konstruktiv, elektrik və mexaniki planlar);
Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı;
Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi.

İş şəraiti:

İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik:

Əmək haqqı (Razılaşma yolu ilə);
Şəhərin mərkəzində ofis;
Dinamik və gənc komanda ilə iş imkanı.

О компании

Mətanət A Şirkətlər Qrupu
Tikinti materialları · 500 + · Baku

<p>Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. </p><p>Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.</p>

Все вакансии Mətanət A Şirkətlər Qrupu

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель проекта
Откликнуться