Локация
Ağdaş
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
30 июня 2026
Дедлайн
29 июля 2026

О роли

· Müəssisədə avtonəqliyyat, işçi, qonaq və digər şəxslərin qeydiyyatdan keçirərək giriş-çıxışını prosedura uyğun təmin etmək

· Mümkün hadisəyə qarşı diqqətli davranmaq, hadisə zamanı hər bir detalın öyrənilməsi və məruzə edilməsi

· Növbə ərzində (gecə və gündüz) mütamadi olaraq təsdiq olunmuş marşrut üzrə ərazini E-patrul sistemini tətbiq etməklə gəzərək nəzarətdə saxlamaq

· Müəssisənin giriş qapıların daimi olaraq nəzarətdə olmasını təmin etmək

· Müşahidə kameraları vasitəsi ilə müəssisənin ərazini perimetr üzrə tam nəzarətdə saxlamaq

· Müəssisəyə daxil olan və çıxarılan mənşəi, yəyinatı, miqdarından asılı olmayaraq bütün mall, məhsul, material v.s.sistem qaiməsi üzrə doğruluğununu yoxlayaraq nəzarət, qeydiyyat işlərin tamamlayaraq aidiyyəti şəxs tərəfindən qəbulunu təmin etmək

· Daxil olan xammalın keyfiyyət yoxlanması üçün şahid nümunənin götürülməsində iştirak etmək

· Zərurət daxilində Müəssisəyə xammal və digər mal material gətirən avtomobilləri müşaiyyət olunmasında iştirak etmək

· Müəssisə anbar, saxlanc və diğər qapalı olmalı yerlərin plomblanaq aidiyyəti olan vəzifəli şəxsdən qəbul etmək və təhvil verilməsini təmin etmək

· Xüsusi rejim tədbiq olunan və təhlükəli ərazilərə xüsusi icazə olmadan kənar şəxslərin girişinin qarşısın almaq

· Oğurluq, qanunsuz mənimsəmə və istifadə halların qarşısının alınmasını təmin etmək

· Müəssisə daxilində Azərbaycan Respublikası qanunlarının, Şirkətin daxili nizam-intizam və diğər qayda və prosedurlarına əməl olunasını təmin edərək həmin pozulmasının qarşısını almaq

Tələblər

Hərbi xidmətini başa vurmuş kişi

Fiziki cəhətdən sağlam və çevik;

Məsuliyyətli, intizamlı və diqqətli;

Növbəli iş rejimində işləmək imkanı;

Operativ qərarvermə və müşahidə bacarığı.

О компании

AgroTrade Supply
Food and Beverage Manufacturing · Baku

Şirkət Adı : AgroTrade Supply MMC Ünvan : City Tower, Neftçilər prospekti 64, AZ1010 Bakı, Azərbaycan Yaranma Tarixi : 2021-ci il Haqqımızda : AgroTrade Supply MMC, 2021-ci ildən etibarən Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sahələrində ixtisaslaşmış, innovativ və keyfiyyətə əsaslanan bir şirkətdir. Şirkətimiz, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, təchizatı və emalı ilə bağlı müxtəlif sahələrdə xidmət göstərir. Müasir texnologiyaların tətbiqi və davamlı inkişaf prinsiplərinə əsaslanaraq, AgroTrade Supply MMC Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfələr verir. Törəmə Müəssisələrimiz : ATS Feed MMC – Heyvandarlıq məhsullarının istehsalı və təchizatı Azəryem MMC – Yüksək keyfiyyətli yem istehsalı ATS Soy Processing MMC – Soya məhsullarının emalı ATS Mill MMC – Un istehsalı və digər emal xidmətləri Missiya və Vizyon : AgroTrade Supply MMC, müştərilərinə ən yüksək standartlara cavab verən məhsul və xidmətlər təqdim etməklə, kənd təsərrüfatı sahəsində davamlı inkişafı dəstəkləməyi hədəfləyir. Müasir texnologiyalar və keyfiyyətə yönəlik yanaşmalarımızla sektorda lider mövqeyə çatmağı məqsəd qoyuruq. Komanda : Şirkətimiz, kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik peşəkar və həsasiyyətli bir komandaya sahibdir. Bizim komandamız, hər bir müştərinin ehtiyaclarını tam başa düşərək ən optimal həlləri təqdim edir.

Все вакансии AgroTrade Supply

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Контролер
Откликнуться