Audit and InspectionCompliance ManagementContractor Management
Локация
Bakı
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июня 2026
Языки
Azerbaijani, Russian
Навыки и технологии
О роли
Əsas Vəzifə Öhdəlikləri
- Fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
- Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsini həyata keçirmək;
- Fəaliyyət istiqamətləri üzrə sənəd dövriyyəsinin təşkili, daxil olan və göndərilən xidməti yazışmaların, məktubların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
- İstehsalat sahələrində planlı və plandankənar təftişlər həyata keçirmək;
- İstehsalat sahələrində təhlükəsizliyin düzgün təşkil olunmasına nəzarət etmək;
- İstehsalat sahələrində işçilərin, kənar şəxslərin və nəqliyyat vasitələrinin giriş-çıxışına, daxili buraxılış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək;
- Sahədə podratçı/subbodratçı şirkətlərin, özəl mühafizə fəaliyyətini həyata keçirən şirkətlərin əməkdaşlarına fəaliyyətlərini prosedur, qayda, təlimat və bağlanmış müqavilələr çərçivəsində qurulmasına nəzarəti həyata keçirmək;
- Aşkar edilmiş nöqsan və uyğunsuzluqların təhlil edilməsi və sənədləşdirilməsini həyata keçirmək;
- İstehsalat sahələri üzrə təhlükəsizlik tədbirlərinin planlaşdırılması, tədbirlər planlarının hazırlanması və icrasında iştirak etmək;
- Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların, arayışların və təqdimat materiallarının hazırlanmasında iştirak etmək;
- Təhlükəsizlik prosedurlarının, təlimatların və digər normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
- Təhlükəsizlik sahəsi üzrə görülmüş işlər, aparılmış yoxlamalar və həyata keçirilmiş tədbirlər barədə hesabatları hazırlamaq.
- Azərbaycan dili səlis ; rus dili yaxşı.
- MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst və peşəkar işləmək bacarığı;
- Sənəd dövriyyəsi, xidməti yazışmalar və rəsmi hesabatların hazırlanması üzrə yüksək bacarıq
- Əməkdaşlıq, məsuliyyət, dürüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə, planlaşdırma və təşkil etmə,nəticəyönümlülük bacarıqları;
- Komanda ilə işləmək və struktur bölmələrlə effektiv koordinasiya bacarığı.
- Ali təhsil.
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
О компании
"AzerGold" CJSC
Mining & Metals · Baku
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Все вакансии "AzerGold" CJSCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Safety ManagementRisk AssessmentRegulatory Compliance
Contract reviewCompliance ManagementAzerbaijani Law
Audit and InspectionAnalytical ThinkingContractor Management

