Навыки и технологии
О роли
“Libraff” MMC komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli 1C Operatoru axtarır.
Vəzifə öhdəlikləri
- Malların və məhsul məlumatlarının 1C proqramına daxil edilməsi;
- Alış, satış, yerdəyişmə və digər anbar əməliyyatlarının 1C sistemində işlənməsi;
- Elektron qaimə-fakturaların və ilkin sənədlərin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi;
- Anbar qalığı və məhsul hərəkətləri üzrə məlumatların düzgünlüyünə nəzarət;
- Məhsul məlumatlarının və qiymət dəyişikliklərinin sistemdə vaxtında yenilənməsi;
- Müvafiq hesabatların hazırlanması;
- Digər şöbələrlə koordinasiyalı işləmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Namizədə tələblər
- Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya müvafiq ixtisas üzrə ali təhsil;
- 1C proqramı ilə iş təcrübəsi mütləqdir;
- minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Analitik düşünmə və komandada işləmək bacarığı.
İş şəraiti
- 5 günlük iş qrafiki;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
О компании
2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. “LIBRAFF”ın “Kitab” bölməsində azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası mövcuddur. Mağazalarımızda yerli və aparıcı beynəlxalq nəşriyyatların, klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin şəxsi inkişafına istiqamətlənmiş əyləncə və oxu materiallarını əldə etmək mümkündür. “LIBRAFF”ın ˝Park Akademiya˝ və ˝Gənclik Mall˝ filiallarında “coffeeshop in bookshop” konseptində “STORIES COFFEE” fəaliyyət göstərir. Mağazalarımızda kitablarla yanaşı oyuncaqlar, hədiyyəlik əşyalar, suvenirlər, məktəb və ofis ləvazimatları, elektronika məhsullarını əldə etmək mümkündür.
Все вакансии LibraffПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



