Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
19 июля 2026

О роли

Vakansiyanın tələbləri:

  • Proqram təminatının hazırlanması üzrə 2 il;
  • İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Java proqramlaşdırma dili üzrə biliklər;
  • Clean code prinsipləri üzrə biliklər;
  • Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər
  • ORM (Hibernate) bilikləri;
  • GIT ilə işləmə bacarığı;
  • Microservice arxitekturası haqında biliklər, Rest API, SOAP üzrə bacarıqlar
  • Verilənlər bazaları (SQL, MySql, Postgresql) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
  • Message Brokerlər (RabbitMQ və s.) ilə iş təcrübəsi arzuolunandır;
  • Unit və integration testlər üzrə biliklər
  • Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür;
  • Problem həll etmə və analitik düşüncə.

Vəzifə öhdəlikləri:

  • Mövcud məhsullar üçün yeni funksionallıqların əlavə edilməsi;
  • Mövcud funksionallıqların araşdırılması və onlara texniki dəstəyin göstərilməsi;
  • Dokumentasiya əsasında RESTful və SOAP üzərindən digər thirdparty servislərin qoşulmasında iştirak etmək;
  • Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması;
  • Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

О компании

Golden Pay
Maliyyə və sığorta fəaliyyəti, Elektron ticarət

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır. GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir. GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.

Все вакансии Golden Pay

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Backend разработчик
Откликнуться