Локация
Bakı
Опыт
1–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
15 июля 2026
Языки
English, Azerbaijani
Дедлайн
31 августа 2026

О роли

Hazırda infrastruktur platformamızın inkişafı və dəstəyi üçün DevOps Mühəndisi axtarırıq

Vəzifə öhdəlikləri

  • İnfrastruktur platformasının sabitliyini, performansını və miqyaslana bilməsini təmin edərək onun dəstəklənməsi və inkişafı
  • İnfrastruktur xərclərinin idarə olunmasında (FinOps) iştirak: resurs istifadəsinin təhlili və optimallaşdırma strategiyalarının təklif edilməsi
  • Yeni texnologiyaların araşdırılması və məhsul komandalarında ən yaxşı DevOps təcrübələrinin tətbiqi ilə inkişaf və əməliyyat səmərəliliyinin artırılması
  • Resurs idarəetmə proseslərini avtomatlaşdırmaq və platformanın inkişafını sürətləndirmək üçün Infrastructure-as-Code həllərinin hazırlanması və saxlanılması

Tələblər

  • Kubernetes ilə iş təcrübəsi: quraşdırma, konfiqurasiya, klasterlərin idarə olunması və Helm chart-ların hazırlanması
  • Bulud və lokal (on-premise) infrastrukturun idarə olunması üçün Terraform üzrə güclü bilik
  • AWS ilə praktiki iş təcrübəsi
  • Şəbəkə komponentləri (VPC, Load Balancer, DNS, VPN) və onların əsas konfiqurasiya prinsipləri barədə bilik
  • CI/CD proseslərinin qurulması və optimallaşdırılması təcrübəsi (məsələn, GitHub Actions, ArgoCD)
  • GitOps yanaşması ilə iş təcrübəsi
  • Monitorinq sistemlərinin qurulması təcrübəsi (loqlar, metriklər, tracing, alertlər)
  • Linux/Unix üzrə dərin bilik: konfiqurasiya, optimallaşdırma, problemlərin aradan qaldırılması
  • Tapşırıqların avtomatlaşdırılması üçün skript dillərini bilmə
  • Güclü analitik düşüncə, təşəbbüskarlıq, proseslərin sənədləşdirilməsi bacarığı və dəyişən mühitdə işləmə qabiliyyəti


Üstünlük verilən meyarlar:

  • FinTech sahəsində təcrübə
  • İngilis dili üzrə güclü bilik


Üstünlüklər

  • Bakının ən yaxşı biznes mərkəzlərindən birində işləmək imkanı
  • Bazar səviyyəsində rəqabətli əməkhaqqı
  • Özəl tibbi sığorta, ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, korporativ tədbirlər və bonuslar, fitness endirimi
  • Məhsula təsir etmək imkanı, açıq fikirli rəhbərlik və güclü, enerjili komanda
  • Azərbaycanın ilk ekosisteminin bir hissəsi olmaq
  • “Dəyərlisən” proqramının bir hissəsi olmaq
  • Servis (şatl) xidməti

О компании

m10
Fintech · Baku

Digital wallet and payments service by PashaPay — money transfers, mobile and international payments within the Bir ecosystem (Kapital Bank / PASHA Holding).

Все вакансии m10

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
DevOps инженер
Откликнуться