Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
1 000–1 500 ₼
Опубликовано
16 июня 2026
Языки
English, Russian

О роли

İş qrafiki: I–V günlər, 09:00 dan–18:00 dək

Şənbə və bazar – istirahət günləri

Əmək haqqı namizədin real praktiki bacarığına uyğun olaraq müəyyən edilə bilər

Vəzifə öhdəlikləri

Verilən texniki tapşırığa əsasən yeni proqram təminatlarının hazırlanması

Mövcud proqram təminatlarının inkişaf etdirilməsi və texniki dəstəyi

ASP.NET WebForms və ASP.NET MVC ilə yazılmış sistemlərdə dəyişiklərin edilməsi

Verilən biznes tələblərini analiz edərək uyğun texniki həllin hazırlanması

Mövcud sistemləri tez başa düşmək və yeni funksionallıq əlavə etmək

Kodun hazırlanması, test edilməsi və serverə dərc olunmasının (deploy) həyata keçirilməsi.

Tələblər

Əsas texniki biliklər:

C#, ASP.NET Core, MVC, Entity Framework

HTML, CSS, JavaScript

RESTful və SOAP servisləri ilə işləmək

MSSQL Server, Transact-SQL üzrə praktiki bacarıqlar

Analitik düşüncə və problem həll etmə qabiliyyəti

Sərbəst araşdırma və öyrənmə bacarığı

İngilis dili — minimum B1 səviyyəsi (mütləq tələb)

Rus dilini bilmək — minimum B2 səviyyəsi (mütləq tələb)

Praktiki və peşəkar bacarıqlar

Real korporativ layihələrdə işləmə təcrübəsi (yalnız kurs və bootcamp layihələri qəbul edilmir)

Mövcud kodu sürətlə oxumaq, strukturu başa düşmək və dəyişiklikləri müstəqil şəkildə tətbiq etmək

SQL-də mürəkkəb sorğular, prosedurlar, indeksləşmə və optimallaşdırma üzrə praktiki təcrübə

API-lərin dizaynı: HTTP status kodları, error handling və JSON quruluşları ilə işləmək

Legacy layihələrdə işləmə bacarığı – başqasının koduna tez adaptasiya olmaq

Git ilə işləmə bacarığı: branching, merge və conflict həll etmə

Verilən tapşırığı mərhələlərə bölüb öz-özünə planlamaq

Hazırladığı kodu izah etmək və seçdiyi texniki yanaşmanı əsaslandırmaq bacarığı

Serverdə dərc (deploy) prosesləri ilə tanışlıq: IIS, connection string, appsettings, migration-lar

Debug bacarıqları: problemi tapmaq və qısa müddətdə aradan qaldırmaq bacarığı

Vacib:

Junior səviyyəsi üçün uyğun deyil — yalnız real təcrübəsi olan namizədlər müraciət etsin

Kurs/bootcamp layihələri, sadə pet-project-lər və “portfolio üçün yazılmış” nümunələr nəzərə alınmır

Özünü “öyrədin, mən öyrənərəm” mövqeyi olan namizədlər uyğun sayılmır

Tamamilə müstəqil işləyə bilən, nəticəyə yönəlmiş namizədlər tələb olunur.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 000–1 500 ₼
Full stack разработчик
Откликнуться