Старший iOS разработчик

в Bank Respublika ASC

Локация
Азербайджан
Опыт
4+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
7 июля 2026
Дедлайн
7 августа 2026

О роли

Təsvir

  • Mövcud layihələrdə iştirak edərək inkişaf proseslərinə töhfə vermək və layihələrin müvəffəqiyyətini təmin etmək.
  • Mövcud iOS tətbiqlərinə yeni funksionallıqlar əlavə etmək və tətbiqləri daha da təkmilləşdirmək.
  • Yeni proqram həllərinin hazırlanmasında fəal iştirak edərək müasir texnologiyalarla işləmək.
  • Potensial problemləri aşkarlamaq və onların qarşısını almaq üçün qabaqlayıcı yanaşmalar tətbiq etmək.
  • Tətbiq performansını, keyfiyyətini və istifadəçi təcrübəsini ən yüksək səviyyəyə çatdırmaq.
  • Tətbiqlərin yüksək keyfiyyətlə işləməsini təmin etmək üçün inkişaf dövrünün hər bir mərhələsində analitik yanaşma tətbiq etmək.
  • Əməkdaşlıq etdiyiniz komandalarla sıx işləyərək layihə məqsədlərinə nail olmaq və təkmilləşdirmələrə dəstək vermək.
  • Mürəkkəb kodların optimallaşdırılması və səmərəliliyinin artırılması üçün müasir alətlərdən istifadə etmək.

Tələblər

  • iOS proqramlaşdırma sahəsində 4 il və üzəri təcrübə;
  • Swift dilində dərindən biliklər;
  • UIKit ilə mürəkkəb və interaktiv interfeyslərin yaradılmasında yüksək təcrübə (SwiftUI ilə tanışlıq üstünlükdür);
  • MVC, MVVM və digər müasir arxitektura modelləri ilə praktiki təcrübə (digər arxitekturalar üzərində təcrübə əlavə üstünlükdür);
  • Fərqli design pattern-lərdən (observer, factory, singleton və s.) effektiv istifadə bacarığı;
  • RxSwift və ya Combine kimi reaktiv proqramlaşdırma alətləri ilə təcrübə;
  • Unit və UI testlərini effektiv yazmaq və tətbiq etmək bacarığı;
  • iOS-da multithreading ilə dərindən təcrübə və yüksək performans tələb edən tətbiqlərdə mükəmməl işləmə bacarığı;
  • REST API və JSON ilə işləmək və məlumatların effektiv emalı;
  • CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi üzrə təcrübə (CI/CD pipeline qurulmasında təcrübə əlavə üstünlükdür);
  • Cocoapods, Swift Package Manager (SPM) ilə sərbəst işləmək;
  • Git və versiya idarəetmə sistemləri ilə geniş təcrübə;
  • Apple Human Interface Guidelines (HIG) haqqında dərin biliklər;
  • OOP və SOLID prinsiplərini tam mənimsəmək və tətbiq etmək;
  • Güclü analitik bacarıqlar və tapşırıqların vaxtında, keyfiyyətli həlli üçün yüksək təşkilatçılıq bacarığı.

Üstünlük sayılacaq biliklər:

  • Unidirectional Data Flow prinsipləri ilə tanışlıq və tətbiq təcrübəsi;
  • Redux arxitekturasının əsas prinsiplərinə bələdlik;
  • ReSwift kitabxanası ilə işləmə təcrübəsi.

Vakansiya növü - Tam ştat

О компании

Bank Respublika ASC
Baku

Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. Hazırda 1600-nəfərdən çox işçi heyəti olan Bankın 12 şəhər, 21 region filialı, 3 şöbə və 7/24 ofisi fəaliyyət göstərir.

Все вакансии Bank Respublika ASC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Старший iOS разработчик
Откликнуться