ProcurementSupply Chain ManagementVendor Management
Локация
Bakı
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani
Навыки и технологии
О роли
Texniki şöbənin fəaliyyətini təşkil etmək, texniki heyətə rəhbərlik etmək və inkişafını təmin etmək;İstehsalat avadanlıqları və mühəndis sistemləri üzrə profilaktik və cari təmir işlərini planlaşdırmaq və nəzarətdə saxlamaq;Yeni istehsal xətləri, avadanlıqlar və tikinti layihələrinin seçilməsi, alınması, quraşdırılması və istismara verilməsi proseslərini idarə etmək;CAPEX və OPEX büdcələrinin hazırlanması, idarə olunması və texniki xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;Ehtiyat hissələri və texniki materialların planlaşdırılmasını, satınalma proseslərini və anbar ehtiyatlarının idarə olunmasını təşkil etmək;Elektrik, qaz, su və digər enerji resurslarının səmərəli istifadəsini təmin etmək, enerji qənaəti layihələrini həyata keçirmək;Podratçı və təchizatçı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və digər normativ tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;Avadanlıqların etibarlılığını və istehsalatın effektivliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək;Müəssisənin genişləndirilməsi, yeni istehsal xətlərinin qurulması və modernizasiya layihələrinə rəhbərlik etmək;Yeni avadanlıqların texniki spesifikasiyalarının hazırlanmasında iştirak etmək;Avadanlıq təchizatçılarının seçilməsi, qiymətləndirilməsi və texniki danışıqların aparılmasını təmin etmək;Yeni avadanlıqların quraşdırılması, işə salınması (commissioning) və qəbul proseslərinə rəhbərlik etmək;Tikinti, rekonstruksiya və mühəndis layihələrinin büdcə, vaxt və keyfiyyət göstəricilərinə uyğun icrasını təmin etmək;CAPEX layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təqdim etmək;Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək. Xüsusi tələblər Ali texniki təhsil (mexanika, sənaye mühəndisliyi, energetika və ya əlaqəli sahə);İstehsalat müəssisəsində baş mühəndis, mühəndis və ya oxşar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;Liderlik və komanda idarəetmə bacarıqları.Əlavə məlumatlar:Əmək haqqı müsahibə əsasında;Nahar şirkət tərəfindən təmin olunur;Korporativ mobil nömrə ilə təmin edilmə;Yanacaq kartı ilə təmin edilmə;Könüllü tibbi sığorta;İş qrafiki: 6 günlük;İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri.
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Cost Optimization1CProcurement
AutoCADBudget PlanningAnalytical Thinking
ProcurementVendor ManagementSupply Chain Management

