Навыки и технологии
О роли
Namizədlər üçün irəli sürülən tələblər:
- Bu sahədə ən azı 1 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
- Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə təkmil biliklər
- Kompüter şəbəkələri (LAN/WAN), TCP/IP və şəbəkə avadanlıqları haqqında biliklər.
- Rus və İngilis dilləri arzuolunandır
- Problemləri düzgün analiz edə bilmə bacarığı
- İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
- Məsuliyyətlilik, dəqiqlik, operativlik
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- İstifadəçilərdən daxil olan İT müraciətlərini qəbul etmək, təhlil etmək və operativ şəkildə həll etmək.
- Windows əməliyyat sistemləri, Microsoft Office proqramları və digər standart proqram təminatı üzrə istifadəçilərə texniki dəstək göstərmək.
- Standart və qeyri-standart proqram təminatında yaranan nasazlıqları araşdırmaq, diaqnostika aparmaq və həll etmək.
- İstifadəçi hesablarının yaradılması, idarə olunması və lazımi giriş icazələrinin təmin edilməsində iştirak etmək.
- Görülmüş işlər və həll edilmiş müraciətlər barədə məlumatları Help Desk/Ticket sistemində mütəmadi olaraq qeyd etmək və yeniləmək.
- İT avadanlıqlarının və proqram təminatının inventar uçotunun aparılmasına dəstək vermək.
- İT təhlükəsizliyi qaydalarına və daxili prosedurlara uyğun fəaliyyət göstərmək, məxfi məlumatların qorunmasını təmin etmək.
- Yaranmış problemlərin kök səbəblərini müəyyən etmək, təkrarlanmaması üçün təkliflər hazırlamaq.
- İstifadəçilərə İT xidmətləri və proqram təminatından düzgün istifadə ilə bağlı məsləhət və konsultasiya vermək.
- Rəhbərlik tərəfindən verilən digər İT yönümlü tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Xahiş olunur mövzu hissəsində Texniki Dəstək Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərəsiniz.
О компании
“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir. Hal-hazırda 2 filial fəaliyyət göstərir – “Sumqayıt” Filialı (13.04.2009-cu il tarixli, 251/1 saylı İcazə) və “Buta” Filialı (08.06.2016-cı il tarixli, 251/2 saylı İcazə) “Bank Avrasiya” ASC-nin vizionu onu Respublikanın regional mərkəzlərində yerləşən satış şəbəkəsi vasitəsi ilə kiçik və orta biznesə, habelə əhalinin yuxarı və orta gəlirli təbəqəsinə bütün növ bank xidmətləri göstərən aparıcı universal bank etməkdir. “Bank Avrasiya” ASC-nin missiyası daima inkişaf edən və motivə olunan komandası ilə geniş çeşidli bank xidmətlərini hər bir müştəri üçün sərfəli paket formasında təklif etməkdən və cəmiyyətin inkişafına sosial layihələrin maliyyələşdirilməsi vasitəsi ilə dəstək verməkdən ibarətdir.
Все вакансии Bank AvrasiyaПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


