Əməliyyatlar üzrə Mütəxəssis (Logistika)

в İnomarka

Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
21 августа 2026

О роли

İş şəraiti

  • İş yeri: Bakı

  • İş rejimi: Tam ştat

  • Əmək haqqı: Müsahibə əsasında

Vəzifə haqqında

  • Logistika sahəsində fəaliyyət göstərən şirkətimizə əməliyyat proseslərini effektiv idarə edəcək, beynəlxalq daşımaların koordinasiyası sahəsində təcrübəli Əməliyyatlar üzrə Mütəxəssis axtarırıq.

  • Namizəd gündəlik logistika əməliyyatlarını idarə etməli, müştərilər, daşıyıcılar və tərəfdaşlarla operativ əlaqə saxlamalı, yüklərin vaxtında və problemsiz çatdırılmasını təmin etməlidir.

Əsas vəzifələr

  • Beynəlxalq və yerli yükdaşımalarının əməliyyat proseslərinin idarə olunması;

  • Daşıyıcılar, agentlər və müştərilər arasında koordinasiyanın təmin edilməsi;

  • Yüklərin hərəkətinin izlənilməsi və status barədə müştərilərin məlumatlandırılması;

  • Daşıma sənədlərinin hazırlanması və yoxlanılması;

  • Daşıma prosesində yaranan problemlərin operativ həlli;

  • Tariflərin alınması və müqayisəsi;

  • Daşıma xərclərinin və əməliyyat məlumatlarının sistemdə qeydiyyatı;

  • Müştəri sorğularının vaxtında cavablandırılması;

  • Rəhbərliyə əməliyyat hesabatlarının təqdim edilməsi.

Tələblər

Mütləq tələblər

  • Logistika, ekspeditorluq və ya yükdaşımaları sahəsində minimum 2 il iş təcrübəsi;

  • Rus dilini sərbəst bilmək (şifahi və yazılı);

  • Azərbaycan dilində sərbəst ünsiyyət;

  • Beynəlxalq logistika prosesləri və daşınma sənədləri üzrə bilik;

  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;

  • Yüksək kommunikasiya və koordinasiya bacarığı;

  • Stress altında operativ qərarvermə bacarığı.

Üstünlük hesab olunur

  • İngilis dili biliyi;

  • TMS, ERP və ya CRM sistemləri ilə işləmə təcrübəsi;

  • Beynəlxalq avtomobil, dəniz və ya hava daşımaları üzrə təcrübə.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətli və diqqətli;

  • Analitik düşünmə qabiliyyəti;

  • Komanda ilə işləmək bacarığı;

  • Vaxtın effektiv idarə olunması;

  • Nəticəyönümlü və təşəbbüskar yanaşma.

Biz təklif edirik

  • Rəqabətqabiliyyətli əmək haqqı;

  • Peşəkar inkişaf və karyera imkanları;

  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;

  • Korporativ və peşəkar iş mühiti.

Mövzu hissəsində: "Əməliyyatlar üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Əməliyyatlar üzrə Mütəxəssis (Logistika)
Откликнуться