Локация
Bakı
Опыт
Lead
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
20 июля 2026

О роли

İş haqqında məlumat

  • CarBuy Hub layihəsinin (Carbuy Avtosalonu) inkişafını idarə edəcək, strateji düşüncəyə malik, nəticəyönümlü və liderlik bacarıqları yüksək olan General Manager axtarırıq.
    Bu vəzifənin əsas məqsədi CarBuy Hub platformasının strateji inkişafını təmin etmək, biznes proseslərini effektiv şəkildə idarə etmək, satış və marketinq fəaliyyətlərini koordinasiya etmək, tərəfdaş şəbəkəsini genişləndirmək və layihənin dayanıqlı böyüməsinə rəhbərlik etməkdir.

Vəzifə öhdəlikləri:

  • CarBuy Hub layihəsinin (Carbuy Avtosalonu) ümumi biznes strategiyasının hazırlanması və icrası;
  • Layihənin gündəlik əməliyyat fəaliyyətinin idarə olunması və optimallaşdırılması;
  • Satış, marketinq, məhsul və müştəri xidmətləri komandalarının fəaliyyətinin koordinasiya edilməsi;
  • Biznes inkişafı istiqamətində yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıqların inkişaf etdirilməsi;
  • Avtomobil bazarının, rəqiblərin və müştəri davranışlarının mütəmadi təhlil edilməsi;
  • Layihənin maliyyə göstəricilərinin, büdcəsinin və KPI-larının idarə olunması;
  • Biznes proseslərinin qurulması və davamlı təkmilləşdirilməsi;
  • Layihənin inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Rəhbərlik üçün müntəzəm fəaliyyət və performans hesabatlarının hazırlanması;
  • Şirkəti tərəfdaşlar və digər maraqlı tərəflər qarşısında təmsil etmək.

Biz nə təklif edirik?

  • Böyüməkdə olan iki layihənin marketinq strategiyasının formalaşdırılmasında aktiv rol;
  • Yeni ideyaların həyata keçirilməsi üçün geniş təşəbbüs imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan motivasiya sistemi.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00, 6-cı gün 10:00-15:00
  • İş yeri: Ağ Şəhər, Inomarka ofisi.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
General Manager
Откликнуться