Навыки и технологии
О роли
Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
- Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
- Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
- Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
- Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
- Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
- Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
- Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- İş təcrübəsi:
Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik və təşkilatçılıq bacarığı;
- Strateji düşünmə və qərarvermə bacarığı
- Ünsiyyət və təqdimat bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problem həll etmə və nəticəyönümlülük bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq;
- Satış və biznes inkişafı üzrə biliklər;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
- İngilis dili biliyi - C1;
- Rus dilində ünsiyyət bacarığı üstünlükdür.
Təklif edirik:
- Əmək haqqı: 2000-3000 AZN (Sabit Maaş);
- Əlavə olaraq KPI üzrə mənfəətdən yüksək gəlir imkanı;
- İş qrafiki: 6 gün / 09:00 - 18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
О компании
Vision Academy 2009-cu ildə təsis edilmişdir. Vision Academy müasir təhsil yanaşmalarını tətbiq edən, gənclərin və peşəkarların inkişafına yönəlmiş innovativ tədris mərkəzidir. Akademiyamızın əsas məqsədi iştirakçılara yalnız nəzəri biliklər deyil, real iş mühitinə uyğun praktik bacarıqlar qazandırmaqdır. Biz müxtəlif sahələr üzrə aktual istiqamətlərdə keyfiyyətli təlim proqramları təqdim edirik. Tədris proqramlarımız bazarın tələblərinə uyğun hazırlanır və iştirakçıların qısa müddətdə nəticə əldə etməsinə fokuslanır. Vision Academy-də təlimlər sahə üzrə təcrübəli və peşəkar mütəxəssislər tərəfindən keçirilir. İnteraktiv dərs metodları, real кеyslər və praktiki tapşırıqlar vasitəsilə tələbələrin aktiv iştirakı təmin olunur. Tədris sahələri: Dil kursları (İngilis dili, Alman dili, Rus dili) - IELTS hazırlığı - Business English təlimi - Speak Up danışıq proqramı - Microsoft Office təlimi - Qrafik dizayn təlimi - İnteryer və eksteryer dizayn təlimi - Peşə təlimləri
Все вакансии Vision AcademyПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.




