Budget ManagementComplaint ResolutionFront Office Operations
Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
16 июля 2026
Языки
Azerbaijani, Russian, English
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri
Qəbul və qeydiyyat şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək.Resepsiyon əməkdaşlarının iş qrafikini hazırlamaq, onların fəaliyyətinə nəzarət etmək.
Qonaqların qarşılanması, qeydiyyatı (check-in) və çıxışı (check-out) proseslərinin otel standartlarına uyğun həyata keçirilməsini təmin etmək.
Qonaq müraciətlərini, təklif və şikayətlərini operativ və peşəkar şəkildə həll etmək.
Otaq rezervasiyaları və otaq doluluğuna nəzarət etmək, digər şöbələrlə koordinasiyalı işləmək.
Nağd və kart ödənişlərinin düzgün aparılmasına, gündəlik maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək.
Şöbə əməkdaşlarının seçilməsi, təlimi və iş fəaliyyətinin qiymətləndirilməsini təşkil etmək.
Otelin xidmət standartlarının və daxili qaydalarının yerinə yetirilməsini təmin etmək.
Gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək.
Qonaq məmnuniyyətini artırmaq üçün tədbirlər hazırlamaq və həyata keçirmək.
Əməyin mühafizəsi, təhlükəsizlik və məxfilik qaydalarına riayət olunmasına nəzarət etmək.
Digər şöbələrlə sıx əməkdaşlıq etmək.
Tələblər
Ali təhsil (Turizm, Otelçilik, Menecment və ya əlaqəli sahə üzrə üstünlükdür).Otelçilik sahəsində ən azı 2 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə.
Azərbaycan dili mükəmməl, Rus dili mütləq, ingilis dili arzuolunandır
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq bacarıqları.
Yüksək ünsiyyət, təqdimat və münaqişələrin həlli bacarığı.
Qonaq yönümlü düşüncə tərzi və yüksək xidmət mədəniyyəti.
Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.
Məsuliyyətli, intizamlı, stress altında işləmək və çevik iş qrafikinə uyğunlaşmaq bacarığı.
Peşəkar etik davranış, səliqəli xarici görünüş və təqdimat bacarığı.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.İş qrafiki 9:00-18:00, Şənbə günləri 09:00-13:00
İstirahət günləri həftənin bazar günləridir
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
Nahar və digər sosial təminatlar (otelin daxili qaydalarına uyğun).
Peşəkar inkişaf və təlim proqramlarında iştirak imkanı.
Karyera yüksəlişi və inkişaf perspektivi.
Müasir iş mühiti və peşəkar komandada fəaliyyət.
İllik məzuniyyət
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Market AnalysisStakeholder ManagementPartner Relationship Management
LeadershipOrganizationMenu Planning
Customs ClearanceTeam ManagementMicrosoft Office


