LeadershipTeam ManagementPresentation Skills
Локация
Азербайджан
Опыт
Lead
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
20 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
20 августа 2026
Навыки и технологии
О роли
Chicken Project fast food restoranlar şəbəkəsi komandaya təcrübəli Filial (Restoran) Meneceri axtarır. Namizəd təyin olunduğu filialın gündəlik əməliyyatlarının səmərəli idarə olunmasına, satış və mənfəət hədəflərinə çatılmasına, keyfiyyət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsinə cavabdeh olacaq.
İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- İş qrafiki: Çevik qrafik (restoranların iş saatlarına uyğun)
Vəzifə öhdəlikləri
- Restoranın gündəlik əməliyyatlarının planlaşdırılması və idarə edilməsi
- Aylıq büdcənin tərtibi, maya dəyərinə (food cost) nəzarət
- Satış və mənfəət göstəricilərinin artırılması
- Personalın işə qəbulu, adaptasiyası, təlimi və inkişafı
- İşçi qrafiklərinin tərtibi və iş vaxtı uçotunun aparılması
- Qida təhlükəsizliyi standartlarının tətbiqinə nəzarət
- Şirkət standartlarına uyğun xidmət keyfiyyətinin təmin edilməsi
- Avadanlıqların texniki vəziyyətinə, düzgün və səmərəli istifadəsinə nəzarət;
- Müştəri şikayətlərinin operativ həlli və narazılıqların qarşısının alınması
- Marketinq və promo-aksiyaların filialda tətbiqi
- Nağd pul dövriyyəsinin və inkassasiyanın idarə edilməsi
Tələblər
Təhsil və təcrübə
- Ali təhsil və ya Peşə təhsili
- Restoran / fast food sahəsində idarəetmə təcrübəsi
- İİKO ERP və ya oxşa sistemlərlə iş təcrübəsi — üstünlük
- HACCP qida təhlükəsizliyi biliyi — üstünlük
Peşəkar bacarıqlar
- Komanda idarəetmə və liderlik bacarıqları
- Maliyyə savadlılığı: satış təhlili, food cost, büdcələmə
- MS Office (xüsusilə Excel) proqramlarında yaxşı biliklər
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti
Dil bilikləri
- Azərbaycan dili — əla (əsas iş dili)
- Rus dili — yaxşı
- İngilis dili — orta
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Filial Meneceri — Chicken Project” başlığı ilə göndərin və ya chickenproject.az/karyera bu linkə keçid edərək müraciət formasını doldurun.
О компании
Chicken Project
Baku
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Analytical ThinkingCommunicationLeadership
HACCPLeadershipTeam Management
Store Manager
ГорячаяRetail ManagementLeadershipTeam Management

