Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani
Дедлайн
22 августа 2026

О роли

LVOV Şokolad Evi komandası olaraq xidmət keyfiyyətini, intizamı və qonaq məmnuniyyətini standartlara uyğun idarə edə bilən Restoran Meneceri axtarırıq.

İş şəraiti:

  • İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi

  • İş yeri: Bakı şəhəri

  • Əmək müqaviləsi: Rəsmi

  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

Əsas vəzifə öhdəlikləri:

  • Filialı qrafikə uyğun açmaq, zal/bar işə hazırlığını təşkil və yoxlamaq

  • Komandanı toplamaq, qısa brifinq keçirmək: tapşırıqların bölüşdürülməsi, günün planı, risklərin qiymətləndirilməsi

  • Davamiyyətə nəzarət: gecikmə və ya işçi çatışmazlığı olduqda operativ əvəzləmə təşkil etmək

  • Növbə meneceri/ofisiant/kassir/barista/satıcı/qənnadçıların işinə operativ nəzarət, xidmət sürəti və keyfiyyətinin standartlara uyğunluğunu təmin etmək

  • Müştəri məmnuniyyətini prioritet tutmaq, şikayət və münaqişəli halları operativ və mədəni şəkildə həll etmək

  • Kassa: hesabların düzgün çıxarılması, ödənişlərin qəbulu (nağd/kart), gün ərzində nəzarət və yoxlamalar

  • Məhsul və inventar itkilərinin qarşısını almaq: qalıqların izlənməsi, zay/itki risklərinin idarə edilməsi

  • Sanitar-gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına nəzarət

  • İşçilərin geyim standartlarına, etik davranışına və subordinasiyaya riayət olunmasını təmin etmək

  • Zəruri hallarda yeni əməkdaşlara yerində qısa təlim və adaptasiya dəstəyi vermək

  • Mal qəbulu zamanı dəqiq olmaq sistem üzərində məlumatların daxil eidlməsini yerdəyişməsini dəqiq aparmaq.

  • Filialın bağlanmaya hazırlanması: yekun təmizlik, avadanlıqların söndürülməsi, daxili otaqların bağlanması

  • Növbə üzrə hadisələr/pozuntular/tədbirlər barədə rəhbərliyə qısa hesabat vermək

  • Növbəti növbəyə təhvil-təslim: obyektin vəziyyəti, qalıqlar, risklər, sabahın planı

Tələblər:

  • Coffee shop / desert shop / şirniyyat-kafe formatında (kofe və vitrin şirniyyat satışı) menecer və ya Restoran meneceri təcrübəsi olan namizədlər.(üstünlük veriləcək)

  • Operativ idarəetmə, komanda yönləndirmə və intizam yaratmaq bacarığı

  • Kassa prosedurları və gündəlik hesabatlılıq üzrə səriştə

  • Güclü ünsiyyət, konfliktlərin idarə edilməsi və müştəriyönümlülük

  • Dəqiqlik, məsuliyyət, detallara diqqət

  • Növbəli iş rejiminə uyğunluq

  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür)

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Restoran Meneceri
Откликнуться